Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Poliqlot proqramının yüklənməsi

Poliqlot proqramının yüklənməsi

Paylaşmaq!

Poliqlot proqramının yüklənməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Poliqlot proqramının yüklənməsi

Poliqlot proqramının yüklənməsi

Poliqlot proqramına hansı lüğətlər daxil edilmişdir?

Bu lüğətlər sisteminə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və İngilis, Alman, Fransiz dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən Fransiz dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir.

«Poliqlot» elektron lüğətlər bazası nə qədər söz və ifadədən ibarətdir?

Poliqlot proqramının yüklənməsiÜmumiyyətlə, «Poliqlot» elektron lüğətlər sistemində 200 minə yaxın söz və ifadə istifadə olunmuşdur. Sistemin proqram təminatı bazası Azərbaycan əlifbasının standartını tam dəstəkləyir və uyğun yaradılmışdır.

«Poliqlot» elektron lüğət proqramının interfeysi neçə dildə tərtib olunmuşdur?

Üç dilli (Azərbaycan, Rus və İngilis) istifadəçi interfeysinə malikdir.Poliqlot proqramının yüklənməsi“Poliqlot» elektron lüğətlər sisteminə xarici dillərin öyrənilməsini asanlaşdirmaq xüsusi öyrədici oyun proqramları da daxil edilmişdir.

«Poliqlot» elektron lüğət proqramının kompüterə necə yüklənir?

Bunun üçün «Poliqlot» elektron lüğət proqramının rəsmi saytına http://www.polyglot.az daxil olmaq lazımdır. Amma təəssüflə bildirirəm ki, artıq http://www.polyglot.az saytı aktiv deyil. Bunun üçün digər mənbələrdən «Poliqlot» elektron lüğət proqramını internetdən kompüterinə endirərək yükləmək olar. Proqram müxtəlif əməliyyat sistemləri üçün inteqrasiya olunub. Həcmi cəmi 20,1 MB-dır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.