Ana səhifə / Xəbərlər / Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdir

Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdir

Paylaşmaq!

Bu gün ölkəmizin  hər yerində, hər bir təhsil ocağında dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşə olan Müəllimlər Günü qeyd olunur.  Bu məqsədlə  Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 №-li Bakı Peşə Liseyində «Beynəlxalq Müəllimlər Günü» nə aid tədbir keçirilmişdir.

Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdir

         Tədbiri açıq elan edən aparıcılar tədbir iştirakçılarını salamladılar. Bildirdilər ki, «Beynəlxalq Müəllimlər Günü» nün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir.Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdirBeynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdirSonra söz 8 №-li Bakı Peşə Liseyinin direktor əvəzi Turan Babaxanovaya verildi. Turan müəllimə ilk növbədə müəllim-pedaqoji kollektivi təbrik etdi. Müstəqil Azərbaycanda  bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev tərəfindən verildiyini söylədi. Bildirdi ki, müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul etmişdir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllim hərarətli qəlbinin bir zərrəciyi var. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işişçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Heydər Əliyev fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Odur ki, şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirik!Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdirSonra söz digər tədbir iştirakçılarına verildi. Onlarda öz növbəsində təbriklərini çatdırdılar. Tədbir şagirdlərinin hazırladıqları kompozisiya, mahnı, musiqi nömrəsi ilə davam etdi.

Beynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdirBeynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdirBeynəlxalq Müəllimlər Gününə aid tədbir keçirilmişdir

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Yanvarın 31-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

Добавить комментарий