Ana səhifə / Xəbərlər / 8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir

8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir

Paylaşmaq!

Paytaxt  Bakımız növbəti dəfə beynəlxalq bir tədbirə ev sahibliyi edib. Artıq ənənəyə çevrilən və davamlı olaraq keçirilən Azərbaycan Beynəlxalq Təhsil Sərgisi bu il  dünyanın 22 ölkəsindən 150-dən çox iştirakçını bir araya gətirib.

8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir

Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin kollektivi 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir. Bildirmək istəyirəm ki, bu il sərgidə həm təhsilin məzmununu, həm də müasir texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda  təmsil olunur. Sərgi, həmçinin dünyanın bir çox ölkələrindən təhsillə bağlı insanların bir araya toplamaqla, mövcud təcrübənin öyrənilməsi, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, təhsil xidmətləri  təklif etməsi  baxımından da mühüm əhəmiyyətə malikdir.8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir

Bu ilki sərgidə Peşə Təhsili üzrə Dövlət Agentliyinin 9 müəssisəsi və 15 ixtisası təmsil edən heyətlə qatılmışdır. Sərgidə Peşə təhsili müəssisələri hazır məhsullarla yanaşı, öz istehsal proseslərini də sərgi iştirakçılarına nümayiş etdiriblər. Sərgi iştirakçıları həmçinin məktəblərin istehsalat-təlimi ustaları və tələbələri tərəfindən praktiki nümayiş etdirilən dərslərdə iştirak edərək hədiyyələr əldə etmək imkanı qazanıblar. Agentlik üçün ayrılmış guşədə təqdim olunan xalçaçılıq, vitraj, tikişçilik, zərgərlik, misgərlik, qrim ustası və digər ixtisasların əyani nümunələri təqdim olunub.8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li Bakı Peşə Liseyinin kollektivi müxtəlif stendlərə baxmış, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzinin qrim ustası ixtisasının tələbləri İmadəddin Nəsimi obrazının yaradılması, Mingəçevir Peşə Məktəbinin tikişçi və tikiş avadanlıqlarının operatoru ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları çantaların üzərində müxtəlif növ tikiş və hörgülərin nümayiş olunmasında iştirak etmişlər.8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdirTəhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan, ölkə təhsilinin inkişafında tətbiq edilən yeniliklər, innovativ layihələr haqqında kifayət qədər məlumatlanmaq  baxımından bu sərgi xüsusi önəm kəsb edir.

  Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendi sərginin “Ən cəlbedici stend”i nominasiyasında qalib olub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.