Ana səhifə / Tətbiqi Proqramlar / Təqdimatın səslə müşahidə olunması

Təqdimatın səslə müşahidə olunması

Paylaşmaq!

Təqdimatın səslə müşahidə olunması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Təqdimatın səslə müşahidə olunması

Təqdimata səs fayllarının əlavə edilməsi hansı ehtiyacdan yaranır?

Bu elektron dərsimizdə sizinlə təqdimata səs fayllarının əlavə edilməsinə baxacağıq. Bəzən istifadəçilər təqdimat faylının bəzi slaydlarının tərtibatında fikri tam çatdırmaq üçün səsli informasiyaya ehtiyac duyurlar. PowerPoint 2016 proqramı istifadəçilərə bu imkanı da verir.

Təqdimata səs fayllarının əlavə edilməsi üçün hansı mənbələr hesabına ola bilər?

Təqdimat faylının slaydlarına səs faylının əlavə edilməsi bir neçə mənbədən ola bilər. Bu mənbələrə Microsoft Office paketinə daxil olan kitabxana, kompakt disk, kompüterdəki hər hansı bir səs faylları olan qovluğu misal çəkmək olar. Həmçinin istifadəçilər birbaşa mikrofon vasitəsilə səsi yazıb yerləşdirə bilərlər.

Kompüterdəki səs faylının təqdimata yerləşdirilməsi

Bunun üçün slayd seçilir. Sonra isə İnsert (Вставка) bölməsində olan Media (Мультимедиа) qrupundakı Audio (Звук) düyməsinə vurmalıyıq. Açılan menyudan Audio from File (Аудиофайлы на компьютере) əmrinə klik edin. Qarşımıza çıxan pəncərədən səs faylları olan qovluğu tapıb İnsert (Вставка) düyməsini sıxın.Təqdimatın səslə müşahidə olunmasıTəqdimatın səslə müşahidə olunması

Qovluğa daxil olduqdan sonra səs faylını seçirik. Pəncərədə İnsert (Вставка) düyməsini basırıq. Nəticədə səs faylını seçilmiş slayda əlavə etmiş olacağıq. Play düyməsini sıxmaqla faylı səsləndirə bilərik. Pause düyməsini sıxmaqla səsin oxunuşu dayandırmaq olar. Bunu klaviatura vasitəsilə yerinə yetirmək istəsək ALT+W düymələri yanaşı sıxılmalıdır.

Microsoft Office paketinə daxil olan kitabxanadan səs faylının təqdimata əlavə olunması.Təqdimatın səslə müşahidə olunması

Microsoft Office paketinə daxil olan kitabxanadan səs faylının təqdimata əlavə olunması üçün ilk növbədə təqdimatdakı hər hansı bir slayd seçilməlidir. Sonra isə İnsert (Вставка) bölməsində olan Media (Мультимедиа) qrupundakı Audio (Звук) düyməsinə vurmalıyıq. Clip Art Audio əmrini seçməliyik. Lakin bu funksiya Office 2016 paketində yoxdur. Bu imkan Office paketinin 2010-cu il versiyası üçün keçərlidir.

Təqdimata səsin yazılması

Əgər təqdimata öz səsinizi yazıb yerləşdirmək istəsəniz, onda yenə də ilk növbədə slaydı seçmək lazımdır. Sonra isə İnsert (Вставка) bölməsində olan Media (Мультимедиа) qrupunda olan  Audio (Звук) düyməsinə vurmalıyıq. Açılan menyudan Record Audio (Записать звук) əmrini seçirik.Təqdimatın səslə müşahidə olunmasıQarşımıza proqram daxilində artıq qurulu olan Record Audio (Записать звук)  adlı proqram açılacaqdır. Həmin pəncərədə bir neçə düymə vardır ki, bunlardan biri də səsinizin yazılması əmrini vermək üçün Rec düyməsidir. Bu düyməyə basmaqla səsiniz yaza bilərsiniz. Səsin yazılmasını saxlamaq üçün Stop düyməsini sıxın.Təqdimatın səslə müşahidə olunmasıYazdığınız səsə qulaq asmaq üçün Play düyməsindən istifadə edə bilərsiniz. Əgər yazdığınız səs sizi qane edirsə, OK düyməsinə basaraq slaydınıza yerləşdirmək olar.

Beləliklə biz Təqdimatın səslə müşahidə olunması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.