Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw proqramında sənədin çapı

Corel Draw proqramında sənədin çapı

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu Corel Draw proqramında sənədin çapı olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw proqramında sənədin çapı

Corel Draw proqramında sənədin çapı

Print Preview rejimi nə üçün istifadə olunur?

CorelDRAW proqramında sənədin çapı bir qədər mürəkkəb prosesdir. Belə ki, adi vizit kart və ya təbriknamə çap etdikdə, bir səhifədə bir neçəsini yerləşdirmək lazımdır.

Corel Draw proqramında sənədin çapı

Bunun üçün isə mütləq Print Preview (Предварительный просмотр) əmrindən istifadə olunmalıdır. Bu rejimdə bütün tənzimləmələri apardıqdan sonra çap etmək daha rahat olur.

Sənədi necə çap etmək olar?

İstənilən faylı çap etmək üçün Ctrl+P cütlüyündən və ya File – Print (Файл – Печать) əmrindən istifadə edilir. Bu zaman belə bir pəncərə açılır.

Corel Draw proqramında sənədin çapı

Həmin pəncərədə lazım olan bölmələri aktivləşdirmək olur, yəni hansı səhifə, qeyd olunmuş hissə və s.

Ölçülərin verilməsi və şəklin yerləşdirilməsi

Print (Печать) — Layout (Макет) bölməsi vasitəsilə çap zamanı şəklin ölçülərini və yerini dəyişmək mümkündür.

Corel Draw proqramında sənədin çapı

Burada nüsxələrin sayını da tənzimləmək olur.

Çapdakı səhvlərin araşdırılması

Print (Печать) –Issue (Проблемы) bölməsi vasitəsilə çap zamanı yaranan səhvlər haqqında məlumat almaq olar. Bu zaman həmin hissədə işarə görünür.

Corel Draw proqramında sənədin çapı

Burada yuxarı hissədə problemlərin sayi, aşağıda isə onların ətraflı izahı verilir. İşarəni gördükdə həmin faylın özünə qayıdaraq, həmin problemi aradan qaldırmaq lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.