Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu Corel Draw proqramında obyektlərin qruplaşdırılması olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Qrup əmrindən nə üçün istifadə olunur?

Bir neçə obyektlə işləyərkən sadəcə olaraq onları qeyd edərək seçmək kifayət edir. Ancaq bu əməliyyat vaxt itkisinə səbəb olur. Həm də bu zaman obyektlərdən hər hansı biri qrupa daxil edilməyə bilər. Bu prosesi asanlaşdırmaq üçün ilk olaraq lazım olan obyektləri qeyd edərək xüsusiyyətlər panelindəki Group (Сгруппировать) simgəsindən istifadə edilir.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Bu vaxt həmin obyektləri əhatəyə alan düzbucaqlı görünür, həmçinin vəziyyət sətrində qrupa daxil olan obyektlərin sayı haqqında məlumat görünür.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Obyektlər qrupunu seçmək üçün nə edirlər?

Obyektlər qrupunu seçmək üçün qrupa daxil olan istənilən obyektin üzərində siçanın sol düyməsini bir dəfə sıxmaq lazımdır. Bundan sonra aparılan əməliyyatların hamısı bütün qrupa aid olacaq.

Menyu vasitəsilə obyektlərin qruplaşdırılması zamanı hansı əməliyyat ardıcıllığı seçilir?

Obyektlərin qruplaşdırılması üçün sadəcə olaraq Arrange – Group (Упорядочить – Сгруппировать) və ya Ctrl+G cütlüyündən istifadə etmək mümkündür. Bu qruplar özləri də başqa qrup və ya obyektlərlə də birləşdirilə bilər.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

Müxtəlif laylardakı obyektləri qruplaşdırdıqda qrup sonuncu qeyd olunan obyektin mövcud olduğu layda yaranmış olacaq. Həmin qruplaşdırmanı ləğv etdikdə isə sonuncu qeyd olunmuş obyekt qrupun olduğu layda görünməyəcək.

Qruplaşdırmanı dağıtmaq üçün nə edirlər?

Qruplaşdırmanı dağıtmaq üçün Ungroup (Отменить группировку) və ya Ctrl+U cütlüyündən istifadə edilir.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

 

Qrupda başqa qruplaşdırılmış obyekt olarsa, Ungroup ALL (Отменить группировку полностью) vasitəsilə qruplaşdırmanı ləğv etmək olur.

Corel Draw proqramında obyektlərin qruplaşdırılması

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …