Ana səhifə / Elektron dərsliklər / Excel elektron cədvəli və tətbiq sahələri

Excel elektron cədvəli və tətbiq sahələri

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Excel elektron cədvəli Microsoft Office paketinə daxildir. Yəni Microsoft Office 4.3 paketinə Excel 6, Microsoft Office 95 paketinə Excel 95, Microsoft Office 97 paketinə Excel 97, Microsoft Office 2000 paketinə Excel 2000, Microsoft Office XP paketinə Excel 2002, Excel 2003 daxildir.
Excel elektron cədvəli Windows mühitində işləyir və müasir elektron cədvəllərə aid olan bütün funksiyaları yerinə yetirə bilir.

Excel elektron cədvəli və tətbiq sahələri

Excel elektron cədvəli və tətbiq sahələri

Excel aşağıdakı imkanlara malikdir:
  • Bir neçə cədvəl arasında əlaqə yaratmaq olar,yəni bir cədvəlin hücrələrində olan məlumatı digər cədvəllər istifadə edə bilərlər; cədvəllər külliyyatı, yəni böyük massivlərin rahat analizini təmin edən interaktiv cədvəl qurmaq;
  • Siyahı (verilənlər bazası) şəklində  olan cədvəllər üzərində nizamlama,aralıq nəticələrin alınması, verilənlərin seçilməsi (filtrləmə) əməliyyatlarını aparmaq;
  • Verilənlərin quruplaşdırılması, bir neçə cədvəlin verilənlərinin bir
  • cədvəldə birləşdirilməsi;
  • verilənlərin axtarılması;
  • məsələnin optimal həllinin tapılması, analiz məsələləri;
  • cədvəl verilənləri üzərində qrafik diaqonalların qurulması və analizi və s.
Excel elektron cədvəli mətn redaktorlarının ümumi funksional imkanlarına  və bəzi funksiyalara da malikdir. Excel elektron cədvəlinin tətbiq sahəsi cox genişdi. Birinci növbədə  bu istənilən hesabi məsələlər, mühasibat və mühəndis hesabatları, müxtəlif hesabatlar, analiz məsələləri, qiymət səhifələri və s. Excel-in bir çox riyazi, statistik, iqtisadi, məntiqi və s. tip funksiyaları var.
Windows mühitində işləyən  Excel-də də Word kimi  “nə görürsənsə, onu da istifadə edirsən” prinsipinə riayət olunur. Bu, elektron cədvəl ilə işə yüngüllük verir və bir çox səhvlərdən qaçmağa imkan yaratmaqla yanaşı, mürəkkəb hesablamalar aparmağa imkan verir. Bundan başqa, Excel bir çox xidməti funksiyalara da malikdir. Bu, mətinin daxil edilməsi və yoxlanılması, qrafikin yaradılması, verilənlərin idxal və ixrac olunması, cədvəllərə görə diaqramların yaradılması və sairədir. Excel proqramında çap vasitələri çox çevikdir. Excel-də fayılın bütün işçi səhifələrini, seçilmiş işçi səhifəni və ya sahəni çap edə bilərsiniz. Çap zamanı cədvəlin miqyası ilə də işləmək mümkündür, yəni çap rejimində miqyasla cədvəlin ölçüsünü böyüdüb-kiçiltmək olar.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий