Ana səhifə / Elektron dərsliklər / Mətn redaktorlarının təyinatı və təsnifatı

Mətn redaktorlarının təyinatı və təsnifatı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əksər hallarda kağız və elektron  sənədlər müxtəlif formatlı mətnlərdən ibarət olur yəni hərf rəqəm durğu işarələri və s. Yazılmış sözlərdən ibarət mətn blokları təşkil olunur. Mətn sənədlərilə işləyərkən kompüter olduqca güclü və intellektual yazı maşınına çevrilir.

Mətn redaktorlarının təyinatı və təsnifatıMətn redaktorlarının təyinatı və təsnifatı

Adətən bir çox sənədlərin tərkibində onların fotmatlaşdırılması tələb olunduğu halda digərləri üçün bu lazım olmur. Buna görə bəzi proqramlarda mətnin yalnız daxil edilməsi və redaktəsi nəzərdə tutulur. Bu cür proqramlar mətn redaktorları adlanır. Digər proqramlar isə əlavə olaraq mətnlərin formatlaşdırılmasına imkan verir ki, bunlara da mətn prosessorları deyilir.
Bütün mətn redaktorları yalnız mətnləri emal etdiyindən bir-birilə uyğunlaşır müxtəlif mətn prosessorları isə informasiyanı fayla müxtəlif formatda yazdığından bir-birilə uyğun deyil. Amma bir çox mətni bir formatdan digərinə çevirmə imkanları mövcuddur.
Windows  əməliyyat sisteminə standart Notepad (Блокнот), Write mətn redaktoru və sadə WordPad  mətn prosessoru daxildir. Windows sistemində formatlaşdırılmış mətn faylının genişlənməsi *.txt Wordad-in faylarının genişlənməsi isə *.doc-dur. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0 7.0 97, 2000, Word XP Leksikon 2.0 və 97, Ami Pro 3.1 və s-ni misal gostərmək olar.
Mətn prosessorları üçün ümumi olan bir sıra anlayışlar vardır.  Bunlardan simvol (sənəd mətnlərinin nümunəvi elementi olub ikilik kodla ifadə olunur) abzas (təyin olunmuş şəkildə mətn fraqmentlərinin tərtibatı) qeyd (əsas mətindən sonra səhifənin aşağısında (sonunda) verilən izahat) haşiyə (digər mənbənin mətninə istinadı olan şərhlər) kadr (mətn şəkil çərçivə) sənədin sistem üslubları (sənədin müxtəlif elementləri – başlıqlar adlar kolonttitullar və s.) bölmə (sənədin nisbi-müstəqil ayrıca bir hissəsi) göstərmək olar.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий