Ana səhifə / Elektron dərsliklər / İnternetdən istifadə sahələri

İnternetdən istifadə sahələri

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

İnternetdən istifadə sahələriİnternetdən istifadə sahələri

İnternetdən istifadə sahələri İnformasiya alınması. Əksər Veb-saytlardakı informasiyalara havayı müraciət etmək olar. Bu informasiyalar ən müxtəlif çeşiddə olur. İnternetdən kompüterinizə hər cür proqramlar, oyunlar və b. resurslar endirmək, ən son xəbərlərlə tanış olmaq, hava proqnozunu, televiziya proqramını və məktəb tapşırıqlarının həllini bilmək olar.

• Adamların axtarışı. Siz məktəb yoldaşlarınızla əlaqəni itirmisinizsə, harada olmalarından asılı olmayaraq onları internetin köməyi ilə tapmaq şansınız var. Bunun üçün kataloqların birindən istifadə edə və bütün telefon soraqçalarına baxa bilərsiniz.
• Şirkətlərin, məhsulların və xidmətlərin axtarışı. Sarı səhifələr [Yellow pages; желтые страницы] adlanan kataloq şirkətləri ixtisaslaşdıqları sahələr üzrə axtarmağa imkan verir.
• Tədqiqat aparılması. Hüquq firmaları, nəhayət, anladılar ki, onların qabaqlar informasiya xidmətlərindən pulla aldıqları bir çox infomasiyanı indi, demək olar ki, havayı əldə etmək mümkündür. Alimlər İnternet vasitəsilə son tədqiqatların nəticələrini bir-birinə bildirir. Kommersiya qurumları İnternetdən öz rəqibləri haqqında məlumat almağa çalışır.
• Təhsil. İndi tələbələr kompüterdən ayrılmadan öz kurs işlərini yerinə yetirir. Ensiklopediyaların ən son nəşrləri və başqa materiallar bu gün onlar üçün dialoq rejimində əlçatandır.
• Alqı-satqı. İnternetdə əntiq kitablardan tutmuş kiçik zavodlara kimi istənilən şeyi almaq və satmaq olar. Sizə gərəksiz olan istənilən əşyanı e-Bay İnternet-hərracında sata bilərsiniz.
• Səyahət. Böyük və kiçik şəhərlər, ölkələr turizmlə bağlı və başqa faydalı informasiyaları Veb’də yerləşdirir. Səyahətə çıxanlar oradan getdikləri yerin hava proqnozunu, nəqliyyatın hərəkət cədvəlini, muzeylərin iş saatlarını və b. məlumatları ala biləsiniz.
• Korporasiyadaxili şəbəkələr. Çoxlu şirkətlər öz əməkdaşları, müştəriləri və partnyorları ilə elektron poçt vasitəsilə ünsiyyətdə olur. Onlar müəyyən informasiyaları öz Veb-saytlarında yerləşdirir ki, bu da, məsələn, işçilərin işə davamiyyət tabelini doldurmağa, mal sifariş etməyə, müəyyən hesabatlar tərtib etməyə imkan verir. Kənardan girişin məhdudlaşdırdığı belə yerli (lokal) şəbəkəyə korporasiyadaxili şəbəkə, yaxud intraşəbəkə (intranet) deyilir. İntraşəbəkələr və elektron poçt müəssisə daxilində dövr edən kağız sənədlərə qənəat etməyə imkan verir.
• Marketinq və satış. Proqram təminatı istehsal edən şirkətlər öz məhsullarının satışını və onların yeniləşdirilməsini İnternet vasitəsilə həyata keçirir. İnternetin köməyi ilə başqa çeşidli məhsullar da satılır.
• Oyunlar və gap. Çox böyük sayda şəbəkə oyunları var ki, onlar sizin bütün vaxtınızı (istər iş, istərsə də istirahət və yuxu üçün nəzərdə tutulmuş vaxtınızı) asanca ala bilir. Belə oyunlarda dünyanın müxtəlif yerlərinə səpələnmiş oyunçularla yarışmaq olar. Veb’də çoxlu belə oyunlar, o cümlədən bric, dama, şahmat, kart, kimi ənənəvi oyunlar var.
• Tanışlıq. İnternetin köməyi ilə tənha adamlar bir-biri ilə tanış ola bilər. Subaylar klubları ilə nigah kontorları arasında müştəri uğrunda kəskin rəqabət gedir.
• Səhiyyə. Xəstələr və həkimlər səhiyyə sahəsindəkison kəşflərdən xəbərdar olur ki, təcrübə mübadiləsi edir və tibbi problemlərin həllində bir-birinə dəstək verirlər. Bəzi həkimlər isə hətta öz xəstələri ilə elektron poçtla yazışırlar.
• Investisiya. İnternet vasitəsilə maliyyə araşdırmaları aparılır, aksiyalaralınır və pul qoyulur. Investorlar yeni müəssisələr, müəssisələr isə sərbəst kapital əldə edir.
• Tədbirlərin təşkili. Konfransların və hərracların təşkilatçıları hesabedirlər ki, informasiyanın yayılması, ərizələrin toplanması və iştirakçıların qeydiyyatı üçün Veb’dən yaxşı vasitə yoxdur. Elektron qeydiyyat həm kağıza və nəqliyyat xərclərinə qənaət edir, basabas və növbələri aradan qaldırır, həm də, qeydiyyatla məşğul olanların sayının azaldılmasına imkan verir.
• Qeyri – kommersiya fəaliyyəti. Dini və ictimai qurumlar özləri haqqında bilgi vermək və yeni-yeni adamlar cəlb etmək üçün Veb’də öz səhifələrini yaradır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий