Ana səhifə / Elektron dərsliklər / Dünya hörümçək toru necə işləyir?

Dünya hörümçək toru necə işləyir?

Paylaşmaq!

Dünya hörümçək toru necə işləyir?Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İnternet şəbəkəsinin bütün dünyaya səpələnmiş milyonlarla veb-serverləri dünya hörümçək torunu əmələ gətirir. Veb-server proqramdır, o şəbəkəyə qoşulmuş  kompüterdən başladılır və verilənləri ötürmək üçün HTTP [Hypertext Transfer Protocol] protokolundan istifadə edir.

Dünya hörümçək toru necə işləyir?

Dünya hörümçək toru necə işləyir?

Sadə çəkildə belə proqram şəbəkədən müəyyən resurs üçün HTTP-sorğu alır, lokal sərt diskdən uyğun faylı tapır və həmin faylı sorğunu verən kompüterə göndərir. Dünya hörümçək torunda resursları identifikasiya etmək  (tanıtmaq) üçün URİ (Uniform Resource İdentifier), onların yerini bildirmək üçün URL-dən [Uniform Resource Locator] istifadə olunurş. Veb-serverdən alınan informasiyaya baxmaq üçün müştərinin (istifadəçinin) kompüterində xüsusi proqram –veb-brauzer tətbiq olunur. Veb-brauzerin əsas funksiyası hipermətnləri əks etdirməkdir. Vebdə olan informasiyaların əksəriyyəti məhz hipermətnlərdir. Hipermətn  adətən bir mətndən baçqasına keçid bəndlərinin (bağlarının) olduğu mətnlər toplusudur. Belə keçid bəndləri oxunan məlumatları yaxud oxunma ardıcıllığını seçməyə imkan verir. Hipermətnlərin yaradılması, saxlanılması və dünya hörümçək torununda göstərilməsini yüngülləşdirmək üçün ənənəvi olaraq HTML [Hypertext Markup Language] dilindən istifadə olunur. HTML dilində hazırlanan hipermətn fayıla yazılır, belə HTML— faylı Veb-də ən geniş yayılmış resursdur. Veb-server üçün əlyetən olan HTML-faylını –«veb-səhifə» adlandırırlar. Veb-səhifələrin toplusuna veb-sayt deyilir. Bəzən «veb-səhifə»«veb-sayt» termirləri sinonim kimi işlədilir. Əslində bunlar eyni şey deyil. Veb-sayt-bir-birilə sıx bağlı olan veb-səhifələrin toplusudurə, daha doğrusu, veb-sayt-sadəcə, müəyyən mövzu ilə bağlı olan, yaxud hər hansı şirkətə, qrupa və ya insana məxsus olan bütün veb-səhifələrin toplusudur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий