Ana səhifə / Elektron dərsliklər / Kompüterin daxili dili

Kompüterin daxili dili

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Sadə şəkildə kompüter iki hissədən ibarətdir-informasiyanın saxlandığı yer, yaddaşmərkəzi prosessor (MP; onun işləndiyi yer). Üçüncü element-saat və ya takt generatoru-informasiyanın yaddaşa verilməsini və alınmasını, bu məlumatın MP-də işlənməsini tənzimləyir. Sıfır və vahidlər şəklində saxlanılan infomasiya çoxlu sayda hissələri olan kompüter yaddaşını təşkil edir.

Kompüterin daxili dili

Kompüterin daxili dili

Kompüterdə informasiyaya nəzarət etmək və lazım olanda ona müraciət etmək üçün yaddaşın hər hissəsi müəyyən ikilik ünvanla işarə olunur. Yaddaşda həm verilənlər, həm də verilənləri işləmək üçün əmrlər yerləşir. MP-in registr adlanan bir neçə işçi hissəsi var. MP-nin işlədiyi vaxt orada əmrlər, verilənlər və yaddaşın ünvanları saxlanılır. MP-nin daha bir hissəsi-hesab-məntiq qurğusu vardır ki, burada məlumatın işlənməsi yerinə yetirilir. Yaddaş və Mp kompüterin saatının(takt generatorunun) göndərdiyi elektrik impulsları ilə idarə olunur. Kompüterin bütün hissələrinin ritmini müəyyən edən və tənzimləyən bu saat daha çox metronoma bənzəyir. Müasir kompüterlərdə saatların tempi saniyədə milyard impulsla ölçülür və bu, əslində, mürəkkəb əməllərin ani olaraq yerinə yetirilməsinə imkan verir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий