Ana səhifə / Elektron dərsliklər / Alqoritmin əsas xassələri

Alqoritmin əsas xassələri

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

Alqoritmin əsas xassələri

Alqoritmin əsas xassələri

  • Müəyyənlik.
  • Kütləvilik.
  • Nəticəlik.
  • Diskretlik

Bunları qısaca izah edək.


İlk növbədə müəyyənlik xassəsi barədə

Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə istifadə oluna bilər. Əsas tələb ondan ibarətdir ki, hər bir mərhələnin məzmunu və mərhələnin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu isə alqoritmin müəyyənlik xassəsini təşkil edir.

Kütləvilik. Bu xassə iki tələblə bağlıdır:

1) müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən bütün məsələnin həllində yararlı olmalıdır;
2) alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.

Nəticəvilik xassəsi.

Alqoritmdəki mərhələnin və onları təşkil edən əməliyyatların sayı sonlu ədəd əməlidir ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilər. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əlaqələr kompüterin qəbul biləcəyi şəkildə verilməlidir. Həmin əlaqələr bu və ya digər hesablama addımlarının seçilməsini təyin edən müəyyən şərtlərin yoxlanması şəklində ifadə olunur. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir.
1) hesablamada mütləq qiymətcə kompüterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;
2) sıfırdan kiçik olan və ya mənfi ədədlərin loqarifmalarının hesablanması;
3) mənasız hesablamaların aparılmasına cəhd göstərilməməsi.

Diskretlik xassəsi.

Alqoritm daha bir əsas xassəyə malikdir. O, icrası çətinlik törətməyən sadə addımlardan ibarət olmalıdır. Alqoritmin bu xassəsinə diskretlik xassəsi deyilir. Alqoritmin kompüterdə icrası üçün bu xassə çox vacibdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий