Ana səhifə / Elektron dərsliklər / Niyə 640 Mbayt və ya 74 dəq 33 san?

Niyə 640 Mbayt və ya 74 dəq 33 san?

Paylaşmaq!

Niyə 640 Mbayt və ya 74 dəq 33 san?Ötən yüzilin 80-ci illərində elektronika sənayesinin iki nəhəngi- SONY (Yaponiya)PHILIPS (Hollandiya) musiqiləri, daha doğrusu, klassik musiqiləri saxlamaq üçün yeni daşıyıjının hazırlanması işinə başladı. Həmin daşıyıcı  qrammofon valları və ya maqnitofon kasetləri ilə müqayisədə daha yüksək keyfiyyətli səslənməni təmin etməli idi. Daşıyıcının standart kimi qəbul olunacaq tutumuna gəldikdə isə, qərara alınır ki, bunun üçün ən məşhur klassik musiqinin həcmi əsas götürülsün.

Niyə 640 Mbayt və ya 74 dəq 33 san?Niyə 640 Mbayt və ya 74 dəq 33 san?

Bu məqsədlə layihənin icraçılarının apardığı sorğudan aydın olur ki, həmin vaxt Yaponiyada ən populyar klassik əsər Bethovenin, səslənmə müddəti 72-73 dəqiqə olan 9-cu simfoniyasıdır (Başqa versiyaya görə yaponlar arasında heç bir sorğu aparılmayıb, sadəcə, 9-cu simfoniyanı klassik musiqinin pərəstişkarı olan SONY-nin icraçı direktoru Akio Morita özü seçib.) Buna görə də kompakt diskin 74 dəqiqə, daha doğrusu, 74 dəqiqə 33 saniyə səslənmə üçün nəzərdə tutulması qərara alınır. Sonradan bu tutum təkcə audio- disklər üçün deyil, bütün kompakt –disklər üçün standart oldu. 74 dəqiqəni kilobayta çevirdikdə 640 Mb alındı. “Qırmızı Kitab” [Red Book] kimi tanınan standart belə yarandı.  
 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий