Ana səhifə / KTƏ / Xarici yaddaş qurğuları

Xarici yaddaş qurğuları

Paylaşmaq!

Xarici yaddaş qurğuları bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Xarici yaddaş qurğuları

Xarici yaddaş qurğuları

Maqnit lenti nədir?

1970ci illərin sonunda ilk mikrokompüter yarananda informasiyanı uzun müddətə yadda saxlamaq üçün başlıca qurğu maqnit lenti (magnetic tape; магнитная лента) idi. Sonra daha sürətli və daha etibarlı disket maydana çıxdı. Hesablama texnikasında həmişə istifadə olunmuş sərt disk getdikcə o qədər ucuzlaşdı ki, ondan bütün kompüterlərdə istifadə etmək imkanı yarandı.

Xarici yaddaş qurğuları

Sonra CD-ROM qurğusu yarandı; öncə yalnız multimedia kompüterlərində olan bu qurğu sonradan bütün kompüterlərin standart hissəsinə çevrildi. Başqa yadda saxlama qurğuları da var. Son zamanlar geniş yayılmış DVD-ROM əslində böyük həcmli CD-ROM- dur.

Disksürənlər nə üçün istifadə olunur?

Disksürənlər. Bu qurğular tutumu, adətən, 1.44 Mbayt olan disketlərlə işləyir.
Xarici yaddaş qurğuları
Təxminən 10-15 il bundan öncə bu tutum yetərli idi. İndi isə disksürənlər, demək olar ki, faydasızdır və artıq onlar kompüterlərdən çıxarılır.

Sərt disklər nə üçün istifadə olunur?

Sərt disklər. Kompüterlərdə informasiyaları  uzun müddətə saxlamaq üçün başlıca qurğu sərt diskdir.
Xarici yaddaş qurğuları
Çağdaş sərt disklər terabaytlarla informasiya saxlaya bilir ki, bu da Windows əməliyyat sistemi, proqram təminatı və sizin yarada bildiyiniz bütün informasiyalar üçün tamamilə yetərlidir. Disketdən fərqli olaraq siz sərt diski qurğudan çıxara bilməzsiniz.

CD-ROM qurğuları nə üçün istifadə olunur?

CD-ROM qurğuları. Bu qurğular xarici görünüşcə musiqili  CD-lərdən heç nə ilə fərqlənməyən  kompakt-disklərlə işləyir. Kompüterlərin kompakt disklərinin böyük tutumu var və bu gün kompüterlər üçün proqram təminatları əsasən məhz belə disklərdə satılır.
Xarici yaddaş qurğuları
Sərt disklərdən fərqli olaraq siz kompakt-diskə nəsə yaza bilməzsiniz. CD-ROM abbreviaturasındakı RO hərfləri Read Only (ancaq oxumaq üçün) deməkdir. Adətən, bu elə bir problem yaratmır, həm də CD-ROM-ların xüsusi növləri var ki, onlara informasiya yazmaq olur.

DVD-ROM qurğuları nə üçündür?

DVD-ROM qurğuları. Bu qurğular üçün nəzərdə tutulan DVD-ROM diskləri adi kompakt disklərə oxşayır, ancaq onların tutumu xeyli böyükdür.
Xarici yaddaş qurğuları
Bir DVD-ROM  diskinin tutumu 20 adi kompakt diskin tutumu qədərdir.

CD-R/CD-RW qurğuları nə üçün istifadə olunur?

CD-R/CD-RW qurğuları. Bu qurğuların CD-ROM qurğularından yeganə fərqi ondadır ki, onların köməyi ilə öz disklərinizi yaza bilərsiniz.
Xarici yaddaş qurğuları
Bunun üçün xüsusi CD-R/CD-RW disklərindən istifadə olunur.

ZİP qurğuları nə üçün istifadə olunur?

ZİP qurğuları. Bu xüsusi növ qurğular böyük disketə oxşayan Zip-disklərlə işləyir.
Xarici yaddaş qurğuları
Zip-disklərin tutumu 100, 250 və ya 750 Mbayt olur. Bu əsas yadda saxlama qurğuları ilə yanaşı başqa növ yadda saxlama qurğularına da rast gəlinir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.

Добавить комментарий