Ana səhifə / Elektron dərsliklər / Əgər kompüterim yüklənmirsə nə edim?

Əgər kompüterim yüklənmirsə nə edim?

Paylaşmaq!

Əgər kompüterim yüklənmirsə nə edim?

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Bugünki dərsimiz daha aktual mövzularım birinə — əgərƏgər kompüterim yüklənmirsə nə edim? kompüterim yüklənmirsə nə edim? probleminə həsr olunacaq. Yəqin ki, bu sualla hər bir kompüter istifadəçisi qarşılaşıb. Hələ çoxları qəzəbindən kompüterinidə sındırıb. Nə isə. Amma bir şeyi dərk etmək lazımdır ki, kompüter bizi həmişə gözəl və fasiləsiz işlə sevindirmir. Bir gün bizim əzizlədiyimiz kompüterimiz yüklənmədən imtina edir. Odur ki, qanunauyğun olaraq qarşıya sual çıxır. Niyə axı kompüterim bu vəziyyətə düşdü? Bunun səbəbi nə idi? Dünən əla işləyirdi, bu gün isə kompüterim açılmır? Tanış vəziyyətdir, elə deyilmi?

Əgər kompüterim yüklənmirsə nə edim?Əgər kompüterim yüklənmirsə nə edim?

Təəssüflər olsun ki, kompüterin yüklənməməsinə aid səbəblər o qədər çoxdur ki, onların siyahısını dəqiq müəyyən etmək çətindir. Konkret olaraq kompüterin yüklənməməsi  vəziyyətindən asılı olaraq səbəbi tapmaq lazımdır.

Kompüteri işə salmaq üçün vurduğunuz Power düyməsindən sonra baş verən hadisələrin inkişafının aşağıdakı vəziyyətlərinə qısaca nəzər salaq:

  1. Kompüterdən səs siqnalları seriyası davamlı gəlir. Bu zaman kompüter ya sönəcək ya dakı yenidən yüklənəcək.Əks halda qara ekranda tanış olmayan yazılar görəcəksiniz və əməliyyatın davamı kimi sizdən F1 düyməsinin sıxılması tələb olunacaq.
  2. Qara ekranda yalnız bir ağ rəngdə yazı görəcəksiniz.Bundan sonra kompüterinizi ya yenidən yükləməyə ya dakı söndürməyə məcbur olacaqsınız.
  3. Ekranda ağ yazı ilə göy fon görəsənəcək (Ölümün göy ekranı-BSOD) .
  4. Mükəmməl variant – yükləmənin bütün prosesi keçəcək  və sonda siz öz İş masanızı görəcəksiniz.

Əgər kompüterim yüklənmirsə nə edim?

Əziz oxucularım bir faktı nəzərinizə çatdırım ki, kompüterin yüklənməsi bir neçə addımdan ibarətdir. Bu addımların hansısa birində işlər düz getməyəndə onda vəziyyət tamamilə dəyişir. Odur ki, bütövlükdə bu prosesi anlamaq gərəklidir. Yuxarıda sadaladığım variantlar kompüterin yüklənməsinin müxtəlif addımlarında baş verənlərdir. Gəlin bu addımları və hər bir addımda baş verənləri ətraflı araşdıraq.

Beləliklə siz Power düyməsini sıxdınız və kompüteri işə saldınız. Bu zaman qarşıya çıxan ilk mənzərə BİOS olacaq. Biosda olan Post(Power On-Self-Test-kompüter işə düşərkən özünü test etmə) proqramı vasitəsilə kompüterinizə qoşulan bütün qurğular test olunacaq. Əgər test zamanı hər hansı bir avadanlıqda və ya onun işində nasazlıq aşkar olundusa,onda siz səs siqnalları seriyası eşidəcəksiniz.

Biosu istehsal edən müxtəlif şirkətlər mövcuddur. Tam dəqiq demək olmaz ki,s izin  variantda bu siqnalların forması(uzun və ya qısa) mənim dediyim kimi olacaq. Bu halda ən yaxşı məsləhət sizin öz kompüterinizə quraşdırılan sistem lövhəsinin təlimat kitabçasını tapmaqdır.Bu kitabda hökmən Bios bölməsi olacaq və orada biosun siqnalları haqqında məlumat veriləcək. Adətən bu informasiya yetərlidir ki, nasaz olan Əgər kompüterim yüklənmirsə nə edim?avandanlıq haqqında məlumat alaq.

Müxtəlif şirkətlərin istehsal etdiyi Biosların siqnalları haqqında məlumatı siz aşağıdakı linkdən əldə edə bilərsiniz.

Belə hal baş verdisə tövsiyyə edərdim ki, ilk növbədə monitorun ekranına baxasınız. Post proqramı özü hansı avadanlıqda problem olduğu haqqında məlumatı göstərir. Bu məlumat əsasında baş verən nazazlığı müəyyən etmək olar.

Əgər hansısa avadanlıqda qırıq və ya kiçik nasazlıq varsa,onda post proqramı problem haqqında mesajı ekranda çıxacaq və siz onunla tanış olduqdan sonra klaviaturada F1 düyməsini sıxmaqla yüklənməni davam etdirə biləcəksiniz.

Aşağıdakı cədvəldə tez-tez rast gəlinən səhvlər (məlumatlar) haqqında məlumat verilmişdır.

Məlumatın (səhvin) adı

Baş vermə səbəbi və onun həlli yolları

CMOS battery failed

CMOS Battery Has Failed

CMOSBatteryState Low

State Battery CMOS Low

CMOS Battery Low

System battery is dead

BIOS mikrosxemini qidalandıran batareya nasazdır. Ehtimal ki, onu əvəz etmək lazımdır.

DISK BOOT FAILURE

INSERT SYSTEM DISK AND PRESS ENTER

HARD DISK INSTALL FAILURE

Yükləmə diski tapılmamışdır. Sərt diskin qoşulmasının düzgünlüyünü yoxlamaq lazımdır. Diqqəti yönəldin ki, sistem şini (şleft) həm sərt diskə, həm də sistem lövhəsinin konnektoruna düzgün qoşulu olsun. Qida blokundan gələn kabel isə sərt diskə düzgün qoşulmuş olsun. Boşluq olmasın. Bütün bunlardan sonra yenə həmin mesaj çıxırsa, onda yükləmə diski yaradıb sistemi yenidən yazmalı olacaqsınız. Eləcədə bu mesajla yeni sərt diskin alınıb kompüterə quraşdırılması zamanı da rastlaşa bilərsimiz. Bu zaman düşünmədən sistem diskini avadanlığa qoyub sistemi yenidən yazmağa cəhd edin.

Memory Address Error at XXXX

Memory test fail

Memory Verify Error at XXXX

Çıxan səhvlər haqqında bütün məlumatlarda əgər «Memory» sözü iştirak edirsə bu onu göstərir ki, əməli yaddaş modullarının birində problem yaranıb. Əgər bu problem hər dəfə yüklənmədə təkrarlanırsa onda tövsiyyə olunur ki, əməli yaddaşı dəyişəsiniz. Sizin sistem lövhənizdə olan əməli yaddaş üçün nəzərdə tutulan iki oyuq varsa və ikisində də əməli yaddaş yerləşdirilibsə, onda bu əməli yaddaş modullarından birini çıxardın.Sonra yüklənməni yenidən aparın. Bu zaman kompüter söndürülmüş olmalıdır. Gördünüz ki,yüklənmə normal getdi. Onda bir müddət bu cür işlədin. Sonra nə vaxtsa əvvəl çıxardığınız əməli yaddaşın yenisini alıb kompüterinizə quraşdıra bilərsiniz.

K/B Interface Error

Keyboard/Interface Error

Keyboard Error, press F1 to continue

Keyboard failure, press F1 to continue

Çıxan səhvlər haqqında bütün məlumatlarda əgər «Keyboard» sözü iştirak edirsə bu onu göstərir ki, klaviaturada problem var. Bu zaman kompüterə klaviaturanın qoşulmasının düzgünlüyünü yoxlamaq lazımdır. Əgər hər şey düzgün qoşulmuşdursa və bu hal yenidən təkrarlanırsa onda klaviaturanı yenisi ilə əvəzləməyə çalışın. Öz şəxsi təcrübəmə əsaslanıb onu deyə bilərəm ki, çox vaxt klaviaturada hansı bir düymənin basılı qalması bu səhvi verə bilər. Bu faktı da diqqətdən qaçırmayın.

Diskette drive A/B error

Incorrect Drive A/B — run SETUP

Floppy disk (s) fail

Floppy disk (s) fail (40)

Çıxan səhvlər haqqında bütün məlumatlarda əgər «drive A» sözləri və ya «Floppy disk»sözü iştirak edirsə bu onu göstərir ki, söhbət yumşaq diskləri işlədən qurğudan gedir. Bu zaman nə etməliyik? BIOS-a daxil olmalıyıq və Standart CMOS bölməsində quraşdırmaları yoxlamalıyıq. Drive A və ya Floppy bəndini tapmaq lazımdır — 1.44 və qarşısında None və ya Disable qiymətini qoymaq lazımdır.

ERROR: CPU FAN Error

Fan error

Bu səhv adətən çox yeni olmayan kompüterlərdə və noutbuklarda meydana çıxır və o prosessorun soyunma sistemində olan nasazlıqlarla bağlıdır. Adətən belə xəbərdarlıqdan sonra kompüterin yükləməsini davam etdirmək olar, amma hər halda onun yaranma səbəbini aydınlaşdırmaq lazımdır. Mən iki vəziyyətlə rastlaşmışam ki, hansılarda ki, bu səhv yaranıb:

1. Ventilyatorun köhnəlməsinə görə o müstəqil buraxılmır. Onu əvəz etmək lazımdır.

2.Nəsə ventilyatorun işə salınmasına mane olur. Noutbukun daxilində mənim hadisəmdə plastik hissə qopub ventilyatora düşmüşdü. Problem ventilyatordan onun çıxartmasından sonra həll oldu.

Əgər kompüterim yüklənmirsə nə edim?
Əgər mənim tərtib etdiyim cədvəldə çıxan səhvlər haqqında məlumat sizin kompüterinizdə baş verən səhvlə eyni deyilsə, tamamilə başqa xəbərdarlı mesajıdırsa, onda bu məlumatı bir yerə qeyd edin.Sonra Google və ya Yandex axtarış sisteminə daxil olub orada axtarın.

Əgər kompüteriniz yüklənmirsə və səsli xəbərdarlıq verirsə, onda mən ilk növbədə kompüteri sondürməyi məsləhət görürəm. Sonra sistem blo

Əgər kompüterim yüklənmirsə nə edim?

kunun qapağını açıb diqqətlə kompüterin daxilində bütün qurğuları yoxlamağı tövsiyyə edirəm (bu sahədə əməli vərdişiniz varsa…bunu edin). Ola bilər ki, hansı bir qurğu slota (oyuğa) pis bərkidilmişdir. Bu hal ilə dəfələrlə rastlaşmışam. Buna görə ilk növbədə qurğuların bərkidilməsinin etibarlılığını yoxlayın və əgər hər şey öz qaydasındadırsa, onda məhz o qurğuya diqqət yetirin ki,  sizə ekranda səs siqnalını və ya xəbəri (mesajı) göstərib.

Bütün bunlardan belə qənaətə gəlmək olur ki, «şübhəli» qurğunun işləmək qabiliyyətinin yoxlaması üçün onu analoji qurğu ilə əvəz etmək lazımdır. Sonra əgər bu qurğunun zəmanəti varsa, onda onu ya təmir etdirirsiniz, yada ki, yenisini əldə edirsiniz.

Davamı gələn sayımızda…

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır. 

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий