Ana səhifə / Elektron dərsliklər / Perseptron kompüter haqqında

Perseptron kompüter haqqında

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Çətinliklərdən qorxmayan alimlərdən biri də Frenk Rozenblat olub. Onun əsərləri kibernetiklərin arzularına uyğun gəlirdi. Rozenblat 1928-ci ildə Nyu-Roşele (Nyu-York ştatı) şəhərində anadan olmuşdur. 1950-ci ildə o, Kornell universitetində sosial psixologiya üzrə bakalavr dərəcəsi almış, 1956-cı ildə isə yenə orada eksperimental psixologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

Perseptron kompüter haqqındaPerseptron kompüter haqqında

Kornell laboratoriyasında psixoloq-tədqiqatçı vəzifəsində çalışan Rozenblat beyinin işləmə mexanizmi ilə maraqlanır və onun elektron modelini yaratmaqçün üsullar axtarmağa başlayır. 1958-ci ildə gənc alim elektron qurğusunun kompüter modelini nümayiş etdirdi və onu perseptron adlandırdı. O, insan beyninin düşünmək prosesinə oxşar tərzdə işləməli idi.
Sadəliyinə baxmayaraq Rozenblatın modeli mütəxəssislərə güclü təsir göstərdi. Rozenblat o dövrün ən güclü IBM – 704 kompüterinin proqramlaşdırmışdır. Bu kompüter perseptorunun işini modelləşdirməli idi. Güclü kompüterə bu işi yerinə yerinə yetirməkçün yarım saata yaxın vaxt lazım idi. Real perseptron bu işin öhdəsindən saniyənin mində bir hissəsi müddətində gəlməli idi. Perseptroun, fotoelementlərdən tərtib olumuş “göz” dən aldığı siqnalları yaddaşın elektromexaniki bölmələrinə ötürməli idi. Onlar isə elektrik siqnallarının nisbi ölçüsünü müəyyən etməli idi. Bu bölmələr öz aralarında təsadüfi qaydada birləşdirilirdi. O zaman hesab edirdilər ki, beyin yeni informasiyanı qebul edir və bir-birilə pərakəndə (təsadüfi) qaydada birləşmiş neyronlar sistemi vasitəsilə ona cavab verir.
Təqvim olunmuş modeldə sistem kvadratlardan tərtib edilmis iki təsviri nəzərdən keçirir; bununçün siqnalları növlərə ayırır və müəyyən olmayan qayda ilə təsvirləri fərqləndirir. Rozenblatın yazdığına görə, bunu ancaq xüsusi terminlərlə izah etmək olar.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий