Ana səhifə / Elektron dərsliklər / Windows Reyestri harada yerləşir?

Windows Reyestri harada yerləşir?

Paylaşmaq!

Windows Reyestri harada yerləşir?Bildiyimiz kimi Windows reyestirinə daxil olmaq üçün xüsusi proqram-redaktor reyestri proqramını işə salmaq lazımdır. Bəs Windows reyestiri özü kompüterdə harada yerləşir?

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri bu günki dərsimiz məhz Windows  Reyestri harada yerləşir? mövzusu üzərində qurulacaq.

Məsələ burasındadır ki, istər Windows  Reyestrinin faylları, istərsə də digər fayllar kompüterin sərt diskində yadda saxlanılır.

Windows Reyestri harada yerləşir?

Belə fayllar sistem faylı adlanır və Windows qovluğunda yerləşir. Reyestr faylların yaranması və formalaşması Windows əməliyyat sisteminin quraşdırılması zamanı baş verir. Sonralar isə əməliyyat sisteminə giriş və çıxış zamanı, proqramın kompüterə quraşdırılması və silinməsi vaxtı, eləcə də bu və ya digər əməliyyatlar zamanı reyestrin fayllarındakı məlumatlar dəyişikliyə məruz qalır.

Əgər biz reyestrdə hər hansı bir dəyişiklik aparmaq istəyiriksə, onda RegEdit proqramından istifadə edirik. Bu zaman aparılmış bütün dəyişikliklər reyestr üçün nəzərdə tutulmuş faylda yadda saxlanılır.

Reyestr dedikdə bir fayl nəzərdə tutulmur. Burada xeyli sayda fayllar vardır ki, onlardaWindows Reyestri harada yerləşir? ağacvari struktur şəklində Windows  Reyestrində təsvir olunub. Reyestrdəki məlumatların bir hissəsi proqramların buraxılışı zamanı istifadə olunur. Digər hissəsi isə əməliyyat sisteminin yüklənməsi prosesi zamanı formalaşır.

Bizə indi aydın olur ki, reyestrdəki məlumatların formalaşması müxtəlif mənbələrin hesabına baş verir. Məsələn Windows 7-də reyestrdəki faylların formalaşması bu C:\Windows\System32\config qovluqda aparılır. Fayladakı məlumatlar isə istifadəçi profilində yerləşən NTUSER.DAT faylına yazılır. Əlbəttə digər mənbələri də göstərmək olar. Amma yuxarıda dediyim mənbə əsas sayıla bilər.

Bildiyimiz kimi Windows Reyestri sistemin bütün sazlamalarını və quruluşunu özündə saxlayan bazadır. Bu isə o deməkdir ki, onun mühafizəsi üçün hökmən onun ehtiyat surətinin çıxardılması vacibdir. Belə ki, Windows əməliyyat sistemi öz reyestrinin ehtiyat nüsxəsini çıxarmağı bacarır. Bu nüsxə isə aşağıdakı şəkildə təsvir olunmuş qovluqda yerləşir.

Windows Reyestri harada yerləşir?

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий