Ana səhifə / KTƏ / Qida bloku və UPS haqqına məlumat

Qida bloku və UPS haqqına məlumat

Paylaşmaq!

Qida bloku və UPS haqqına məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qida bloku və UPS haqqına məlumat

Qida bloku və UPS haqqına məlumat

Qida Bloku nədir?

Qida bloku və UPS haqqına məlumat

Kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı qida bloku (power unit; блок питания) yerləşir.    

Qida Blokunun vəzifəsi nədir?

Qida bloku və UPS haqqına məlumat

Bu blokun bir sıra vəzifələri var: 

  • Divardakı rozetdən gərginliyi qəbul edərək, dəyişən cərəyan sabit cərəyana çevirir;
  • Gərginliyi sistem lövhəsinə və onun elementlərinə verir;
  • Xarici yaddasaxlama qurğularına gərginlik verir;
  • Ventilyator vasitəsilə sistem blokunun içərisini soyudur;
  • Özünün yandırıb-söndürmə düyməsi olur və ya bir birbaşa ona qoşulur;

Qida blokunun əsas texniki xarakteristikası nədir?

Qida bloku və UPS haqqına məlumat

Qida blokunun əsas texniki xarakteristikası vatt-la istifadə olunan gücüdür. Sistem blokunun içərisini nə qədər çox ‘‘doldursan’’ qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150-200 vatt , daha güclü sistemlər isə 300 hətta 350 vatt güc işlədir. Kompüter işləyərkən əsasən hay-küy mənbəyi məhz qida blokudur daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış ventilyatordur.

Qida bloku və UPS haqqına məlumat

Qida blokunun sıradan çıxmasının qarşısını almaq yollarından biri kəsilməz qida mənbəyindən (UPS – Uninterruptable Power Supply) istifadə etməkdir.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.

Добавить комментарий