Ana səhifə / Hesablama Əməliyyatları / Histoqramların və nöqtəli diaqramların qurulması

Histoqramların və nöqtəli diaqramların qurulması

Paylaşmaq!

Histoqramların və nöqtəli diaqramların qurulması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Histoqramların və nöqtəli diaqramların qurulması

Histoqramların və nöqtəli diaqramların qurulması

Histoqram və müxtəlif növ diaqramların qurulması zamanı nəyə diqqət yetirilməlidir?

Bu qeyd olunan histoqram və müxtəlif növ diaqramların qurulması üçün aşağıdakı əsas meyarlara diqqət etmək lazımdır:

  1. Diaqramın əsasını təşkil edən bir cədvəlin olması;
  2. Cədvəldəki informasıyanın hansı diaqram tipinə aid olmasını təyin etmək;
  3. Diaqramda şərti bölgü və ya miqyası təyin etmək;
  4. Cədvəlin hər elementinin uyğun diaqramda əks edilməsi;
  5. Diaqramda olan informasiyanın daha aydın çatdırılması üçün diaqramın hər bir elementini müxtəlif rənglərlə işarələmək.

Yuxarıda deyilən addımlar hər biri öz növbəsində müxtəlif alt çoxluqlara bölünə bilər. Məsələn, cədvəldə olan hər hansı bir obyektin əgər müxtəlif illərə görə informasiyası varsa, onda bir obyektin müxtəlif illərə görə informasiyasını diaqramda əks etdirən zaman seçilmiş rəngin müxtəlif çalarlarından istifadə etmək lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …