Ana səhifə / İKT xəbər / Samsung-dan smartfonlar üçün- YENİLİK

Samsung-dan smartfonlar üçün- YENİLİK

Paylaşmaq!

Samsung şirkəti Smartphone Game Pad oyun pultunu satışa çıxarıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 4-6.3 düym diaqonallı ekranla təchiz edilmiş smartfonlarla istifadə üçün nəzərdə tutulub.

Samsung-dan smartfonlar üçün- YENİLİK

 gadirov.com-un məlumatına görə, mobil aparat pultun arxa hissəsindəki tutqaca bərkidilir. Oyun pultunun çəkisi 195 qramdır. Samsung şirkətinin iddiasına əsasən, oyun quSamsung-dan smartfonlar üçün- YENİLİKrğusunu Android 4.1 platforması və daha yuxarı versiya ilə işləyən istənilən telefonda istifadə etmək olar. Bununla belə, şirkət vurğulayıb ki, oyun pultu onun Galaxy aparatlarına optimallaşdırılıb. Qeyd edək ki, pult az sayda oyun dəstəkləyir. Onu hələ ki Need for Speed Most Wanted, Modern Combat 4: Zero Hour, Prince of Persia: The Shadow and the Flame daxil olmaqla 35 oyunda istifadə etmək  mümkündür. Samsung şirkəti söz verib ki, gələcəkdə oyunların siyahısı artırılacaq. Qurğu artıq Avropanın bəzi ölkələrində satışa çıxarılıb. Samsungun press-relizində oyun pultunun qiyməti haqqında məlumat verilmir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Wordpress Bloqun/videobloqun hazırlanması

WordPress Bloqun/videobloqun hazırlanması

Mən çox şadam ki, informasiya texnologiyaları inkişaf etdikcə, bizdə Azərbaycanda da yerli müəlliflər inkişaf edir! Böyük məmnuniyyətlə Sizə İKT sahəsində milli müəllif olan Fərhad Hüseynovu məsləhət görərdim.

Добавить комментарий