Ana səhifə / İKT xəbər / Dünyanın ən ucuz planşeti satışa çıxarıldı

Dünyanın ən ucuz planşeti satışa çıxarıldı

Paylaşmaq!

Böyük Britaniyanın ucuz planşet istehsalçısı «Datawind» şirkəti Böyük Britaniyada «UbiSlate 7Ci» planşetDünyanın ən ucuz planşeti satışa çıxarıldı kompüterinin satışlarına başlayıb.

Dünyanın ən ucuz planşeti satışa çıxarıldı

İstehsalçının iddiasına görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir. gadirov.com Dünyanın ən ucuz planşeti satışa çıxarıldısaytı, elektron xəbər xidməti «cnewsru» saytına istinadən bildirir ki, qurğu 800×480 piksel təsvir ölçülü 7 düymlük ekran, «Cortex-A8» nüvəli prosessor, 1 QHs takt tezlikli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş (microSD yaddaş kartlarından istifadə mümkündür), «Wi-Fi», Mini-USB ilə təchiz edilib və qulaqlıqların qoşulması üçün standart konnektor dəstəyi var. «UbiSlate 7Ci» planşeti «Android 4.0.3 Ice Cream Sandwich» əməliyyat sistemi ilə işləyir. Qurğudan, həmçinin səs çağırışları üçün istifadə etmək olar. O, Hindistan hökumətinin sifarişi üzrə hazırlanıb və ilk növbədə Hindistan ali məktəblərinin tələbələri üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Wordpress Bloqun/videobloqun hazırlanması

WordPress Bloqun/videobloqun hazırlanması

Mən çox şadam ki, informasiya texnologiyaları inkişaf etdikcə, bizdə Azərbaycanda da yerli müəlliflər inkişaf edir! Böyük məmnuniyyətlə Sizə İKT sahəsində milli müəllif olan Fərhad Hüseynovu məsləhət görərdim.

Добавить комментарий