Ana səhifə / İKT xəbər / İki ekranlı planşet satışa çıxarıldı

İki ekranlı planşet satışa çıxarıldı

Paylaşmaq!

Hindistanın “Notion Ink” şirkəti 10,1 düymlü “Adam II” planşet kompüterini satışa çıxarıb. Qurğunun sol tərəfində yardımçı displeyin yerləşməsi onu digərlərindən fərqləndirir.

İki ekranlı planşet satışa çıxarıldı

gadirov.com saytının məlumatına görəİki ekranlı planşet satışa çıxarıldı, təsvir ölçüsü 100×5 piksel təşkil edən displey passiv matrisalı (STN) monohrom maye-kristal ekranlar sinfinə aiddir. “STN” ekranları “TFT” ekranlarla müqayisədə enerjidən az istifadə edir. Yardımçı ekranda kitabların üzərində olduğu kimi, əlavələrdən bildirişlər əks olunur. Bunun sayəsində istifaİki ekranlı planşet satışa çıxarıldıdəçi əsas ekranı işə salmadan yeni məktub haqqında məlumat əldə edə bilir. “Adam II” modeli “Mali 400” qrafikalı ikinüvəli prosessor, 1 giqabit operativ və 8 giqabit daxili yaddaş, 3,15 meqapikselli iki kamera ilə təchiz edilib. Əsas – rəngli displeyin təsvir ölçüsü 800×1280 piksel təşkil edir. Hindistanda qiyməti 16,5-19 min rupi (270-310 dollar) olacaq qurğu həmçinin “mini-HDMI” portuna və yaddaş kartı üçün çıxışa malikdir. Planşet “Android 4.2.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qeyd edək ki, “Adam” planşetlərinin ilk nəsli 2010-cu ildə satışa çıxarılıb. Qurğular “Pixel Qi” şirkətinin istehsalı olan 1024×600 pikselli 10,1 düymlü ekranla təchiz edilib. “Pixel Qi” ekranlarının fərqləndirici cəhəti iki rejimdə — işıqlandırma və işıqlandırmasız işləyə bilməsindədir. İşıqlandırmasız rejim daha qənaətcildir və planşetdən oxu qurğusu kimi istifadə edilən zaman rahatdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Wordpress Bloqun/videobloqun hazırlanması

WordPress Bloqun/videobloqun hazırlanması

Mən çox şadam ki, informasiya texnologiyaları inkişaf etdikcə, bizdə Azərbaycanda da yerli müəlliflər inkişaf edir! Böyük məmnuniyyətlə Sizə İKT sahəsində milli müəllif olan Fərhad Hüseynovu məsləhət görərdim.

Добавить комментарий