Ana səhifə / KQİES / MS-DOS əməliyyat sistemində fayl anlayışı

MS-DOS əməliyyat sistemində fayl anlayışı

Paylaşmaq!

MS-DOS əməliyyat sistemində fayl anlayışı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

MS-DOS əməliyyat sistemində fayl anlayışı

MS-DOS əməliyyat sistemində fayl anlayışı

Fayl nədir?

İnformasiya xarici daşıyıcılarda fayllar şəklində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video film və s. ola bilər. Mətn faylları istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, MS-DOS-un əmrlər faylı və s. ola bilər. Mətn faylları ASCII simvollarından ibarət olduğundan çox vaxt bu fayllara ASCII faylları da deyilir.

Faylın hansı ad daşımasının kompüter üçün əhəmiyyəti varmı?

Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciəti üçün faylların işarəsi olmalıdır. Bu işarə faylın adı adlanır. Faylın hansı ad daşımasının kompüter üçün elə bir əhəmiyyəti yoxdur. Belə ki, kompüter əməliyyat sistemindən diskin müəyyən olunmuş yerindən müəyyən olunmuş sayda baytın oxunması təlimatını alır.

DOS əməliyyat sistemində faylın adı neçə hissədən ibarətdir?

DOS əməliyyat sistemlərində faylın adı iki hissədən ibarətdir: adgenişlənmə. Bəzən adgenişlənməyə birlikdə faylın adı da deyilir. Adgenişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvolardan, genişlənməsi isə 0-dan 3-ə kimi simvollardan ibarət ola bilər.

Faylın ad və genişlənməsində hansı simvollardan istifadə etmək olar?

Faylın adgenişlənməsində böyükkiçik latın hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad genişlənməsində aşağıdakılardan istifadə etmək olar:

  • latın əlifbasının böyük və kiçik hərfləri;
  • rəqəmlər: 0-dan 9-a kimi
  • simvollar: -, _, $, #, &, @, !, %, (, ), {, }, , ~, ^.

məsələn:

command.com, autoexec.bat, numune.doc

MS-DOS əməliyyat sistemindən fərqli olaraq digər əməliyyat sistemlərində faylın adlandırılması necədir?

MS-DOS əməliyyat sistemindən fərqli olaraq, müasir Windows 95/98/2000, OS/2 Windows NT əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 255 simvoldan istifadə etmək olar. Bu adlara uzun adlar deyilir. Uzun adlarda idarəedici (kodları 31-ə kimi olan simvollar) və \ ,/, :, *, ?, , <, >, | simvollarından başqa bütün simvollardan istifadə etmək olar.

MS-DOS əməliyyat sistemində fayl anlayışı

Uzun adlı fayllardan MS-DOS-da istifadə edərkən nə baş verir?

Uzun adlı fayllarda 255 simvola kimi istifadə edilməsinə baxmayaraq, 60-70 simvola kimi istifadə etmək məsləhətdir.

Windows 95/98/2000, OS/2Windows NT əməliyyat sistemlərində uzun adlı fayllardan MS-DOS-da istifadə edərkən buradakı boşluqlar silinir və qısa adlarda mümkün olmayan + , ; = [ ] simvollar isə _ simvolu ilə əvəz olunur.

MS-DOS əməliyyat sistemində fayl anlayışı

Uzun adların 6 simvolu götürülür və ~1 simvolları əlavə olunur. Əgər bu ad varsa onda ~2 simvolları, bu ad da varsa onda ~3 simvolları və s. əlavə olunur. Burada ümumi simvolların sayı 6 götürülür.

Faylın genişlənməsinə aid hansı nümunələr göstərmək olar?

Ümumiyyətlə, bir çox proqramlar faylın genişlənməsini özü təyin edir ki, bununla faylın hansı proqram tərəfinən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə faylın tipini göstərir və onlardan bir çoxu standartdır.

MS-DOS əməliyyat sistemində fayl anlayışı

Məsələn:

*.COM , *. EXE icra olunan fayllar;

*.TXT,*RTF-mətn faylı;

*.XLSX-Microsoft Excel elektron cədvəl faylı;

*.DOCX-Microsoft Word mətn redaktoru faylı;

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.