Ana səhifə / KQİES / Macintosh əməliyyat sistemi haqqında

Macintosh əməliyyat sistemi haqqında

Paylaşmaq!

Macintosh əməliyyat sistemi haqqında bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter sistemini idarə edən proqramlar və Sistem proqramlarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Macintosh əməliyyat sistemi haqqında

Macintosh əməliyyat sistemi haqqında

Macintosh əməliyyat sistemi hansı şirkətə məxsus əməliyyat sistemidir?

Macintosh — qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.

Macintosh əməliyyat sistemi haqqında

Macintosh-un istehsalına nə vaxtdan başlanılmışdır?

Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Onu da qeyd edək ki, Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Macintosh-dan əvvəl Apple şirkətinin Lisa, Apple II, Apple III kimi sistemləri olsa da 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.

Macintosh əməliyyat sistemi haqqında

Macintosh-un ən məhşur xüsusiyyəti nə olmuşdur?

Macintosh-un Power PC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.

Macintosh əməliyyat sistemi haqqında

Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər .

Mac OS əməliyyat sistemi neçə qrupa ayırılır?

Mac OS əməliyyat sistemi öz aralarında Mac OS ClassicMac OS X deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər. Onu da qeyd edək ki, 2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.

Macintosh əməliyyat sistemi haqqında

Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır. Apple şirkətinin istehsalı olan personal komputerlərə Microsoftİntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …