Ana səhifə / Ofis proqramları modulu / PowerPoint 2016 səhifənin parametrləri

PowerPoint 2016 səhifənin parametrləri

Paylaşmaq!

PowerPoint 2016 səhifənin parametrləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 səhifənin parametrləri

PowerPoint 2016 səhifənin parametrləri

Səhifənin parametrlərini dəyişmək üçün hansı lentin imkanlarından istifadə olunur?

Microsoft Powerpoint 2016 proqramı səhifə parametrləri ilə işləmək üçün proqramın interfeysinə Дизайн-Dizayn adlanan lent təklif edir. Həmin lentə (taba) daxil oluruq.

PowerPoint 2016 səhifənin parametrləri Burada Настроить alətlər qrupunda  Размер слайда-Slaydın ölçüsü adlanan düyməni görürük. Bu düymə üzərində siçan sol göstəricisini bir dəfə vurduqda menyu açılır. Həmin menyuda susma vəziyyətinə görə iki səhifə düzəni istifadəçiyə təklif olunur.

  • Стандартный
  • Широкоэкранный

PowerPoint 2016 səhifənin parametrləri

Slaydın ölçüsünü necə dəyişmək olar?

Bunun üçün  Размер слайда-Slaydın ölçüsü adlanan üzərində siçan sol göstəricisini bir dəfə vurduqda menyu açılır. Həmin menyunun aşağı hissəsində Настроить размер слайдов əmrinə daxil oluruq. Açılan Размер слайда dialoq pəncərəsi istifadəçi üçün bir sıra parametrləri tənzimləməyi təklif edir.

PowerPoint 2016 səhifənin parametrləri

Mövcud pəncərədə səhifənin standart parametrləri ilə yanaşı əl ilə səhifənin ölçülərini dəyişməyə imkan verən sahələrdə mövcuddur. Həmin sahələrə uyğun olan rəqəmləri daxil etməklə slaydın ölçülərini dəyişmək olar. Yəni slaydın eni və hündürlüyünü dəyişmək üçün göstərilən sahəyə rəqəmləri daxil edib OK düyməsini sıxmaq kifayətdir. Tövsiyyə olunur ki, təqdimata məlumat daxil etməmişdən qabaq slaydın ölçülərini dəyişəsiniz. Yoxsa məlumat daxil edilmiş slayd üzərində bunu tətbiq etsəniz, onda təqdimatınız heç nədən korlanacaqdır.

PowerPoint 2016 səhifənin parametrləri

Təqdimatdakı slaydları necə nömrələmək olar?

Əgər təqdimat başqa bir təqdimatın ardı olarsa biz birinci slaydın sayını Нумеровать слайды с sahəsində mövcud rəqəmi dəyişməklə slaydın nömrələnməsini dəyişmək olar.

PowerPoint 2016 səhifənin parametrləri

Təqdimatdakı slaydın istiqamətini necə dəyişmək olar?

Размер слайда dialoq pəncərəsi istifadəçi üçün bir sıra parametrləri tənzimləməyi təklif edir. Ориентация bölməsi məhz bunun üçün nəzərdə tutulmuşdur.  Bu pəncərədəki tənzimləmələr təqdimatdakı slaydların istiqamətini kitab və ya albom formasında təyin etməyə imkan verir.

PowerPoint 2016 səhifənin parametrləri

Slaydların, qeydlərin, strukturun parametrlərini necə dəyişmək olar ?

Размер слайда dialoq pəncərəsi istifadəçi üçün slaydların, qeydlərin, strukturun parametrlərini  tənzimləməyi təklif edir. Заметки, выдачи и структура bölməsi məhz bunun üçün nəzərdə tutulmuşdur.  Bu pəncərədəki tənzimləmələr təqdimatdakı slaydların istiqamətini kitab və ya albom formasında təyin etməyə imkan verir.

PowerPoint 2016 səhifənin parametrləri

Beləliklə biz PowerPoint 2016 səhifənin parametrləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.