Ana səhifə / KQİES / OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2 ailəsinin əməliyyat sistemləri

Paylaşmaq!

OS/2 ailəsinin əməliyyat sistemləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2 ailəsinin əməliyyat sistemi neçənci ildə istifadəçilərin ixtiyarına verilib?

1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir.

OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2 (Operating System/2) necə əməliyyat sistemi sayılır?

OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir.

Bu əməliyyat sistemində proqramların yazılması necə həyata keçirilir?

ƏS-də proqramların yazılmasında API (Application Programming Interfase) tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadə etmək olar. OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də istifadə etməyə imkan verir.

OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2-nin hansı modifikasiyaları movcuddur?

  • OS/2 Warp 3.0 yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib;
  • OS/2 Warp Connect şəbəkə imkanları təkmilləşdirilib;
  • OS/2 Warp Server serverli ƏS-də iş üçün nəzərdə tutulub;

OS/2 ailəsinin əməliyyat sistemləri

OS/2-nin əsas çatışmamazlığı nə idi?

OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS-DOSWindows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Windows 10 ƏS-nin tətbiqinə qoyulan tələblər

Windows 10 ƏS-nin tətbiqinə qoyulan tələblər

Windows 10-u bir kompüterə quraşdırmaq üçün əsas sistem tələblərini bilmək lazımdır. Əgər cihazınız bu tələblərə cavab vermirsə, onda Windows 10 əməliyyat sisteminin istifadə etməkdə çətinlik çəkə bilərsiniz.