Ana səhifə / KRİ modulu / Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyəti

Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyəti

Paylaşmaq!

Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyəti bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyəti

Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyəti

Defraqmentasiya nədir?

Sərt diskə fayllar yazılarkən ardıcıl qaydada hissəciklərlə (klasterlərlə) yazılır. Müəyyən müddətdən (fayl və qovluqların kopyalanması, daşınması və silinməsi əməliyyatlarından) sonra bu hissəciklər sərt diskə səpələnmiş halda yerləşirlər və nəticədə yaddaş qurğusunda «dəliklər» (boşluqlar) əmələ gəlir.Sәrt diskin bütünlәşdirilmәsinin əhəmiyyətiBu zaman fayllar əlbəttə ki, zədələnmirlər. Lakin onları təşkil edən bu hissələr bir-birindən çox uzaqda yerləşirlər. Belə olan halda faylların oxunmasına sərf olunan vaxt çox uzanır, çünki onların axtarılıb tapılması və bir bütün halına gətirilməsi müəyyən vaxt itkisi hesabına başa gəlir. Bu hala fraqmentasiya deyilir. Defraqmentasiya isə bu pərakəndiliyin aradan qaldırılması halıdır. Defraqmentasiya zamanı səpələnmiş hissəciklər bir yerə (bir-birinə yaxın yaddaş xanalarına) köçürülür.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …