Ana səhifə / KTƏ / Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Paylaşmaq!

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Kompüter sistemi neçə hissədən ibarətdir?

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat Hər bir kompüter sistemi iki əsas hissədən ibarətdir. 1.Aparat təminatı. Buna ingiliscə hardware deyilir. 2.Proqram təminatı. Buna ingiliscə software deyilir. Bu iki element bir-biri ilə elə sıx bağlıdır ki, onları ayrılıqda təsəvvür etmək olmaz.

Aparat təminatı  nədir?

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Aparat təminatı kompüterin bütün texniki qurğularını özündə birləşdirir. Belə ki, aparat təminatına ona nəzarət edən proqram təminatı olmasa  işləməz. Ayrılıqda aparat təminatını pilotsuz təyyarəyə, yaxud dülgərsiz mişarla müqayisə etmək olar. Nəyinsə alınması üçün onların hər ikisi lazımdır.

Proqram təminatı  nədir?

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Kompüterin işləməsi üçün mütləq proqram təminatı gərəklidir ki, O, aparat təminatından daha önəmlidir. Gəlin qısa da olsa kompüter sisteminin aparat təminatının başlıca elementləri ilə tanış olaq.

Sistem bloku (Case)

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Sistem bloku kompüterin əsas hissəsidir. Kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Onun içərisində kompüterin işini idarə edən elektron sxemlər (mikroprosessor, əməli yaddaş , qurğuların kontrollerləri və s.) qidalandırma bloku, disk qurğuları ( disket, sərt disk, kompakt disk üçün ) müxtəlif şinlər və s. qurğular yerləşir.

Monitor (Display)

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Monitor – kompüterin əsas qurğularındandır. Monitor  kompüterin xarici qurğusudur. Monitor verilənləri vizual şəkildə göstərmək üçündür. «Monitor» sözü «nəzarət etmək», «yoxlamaq», «displey» — «aşkar etmək», «göstərmək» mənasını daşıyır. Monitorlar rəngli və monoxrom olur və bir-birindən ölçüsü ilə fərqlənir. Monitor adi televizora oxşayır, çünki onların hər ikisi təsviri kineskop vasitəsilə formalaşdırırlar, lakin daxildə onlar çox fərqlənirlər.

Klaviatura

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Kompüterdə standart daxiletmə qurğusu klaviaturadur. Onun köməyilə həm ədədi, həm də mətn informasiyaları, həm də çeşidli komandalar  və verilənlər kompüterə daxil edilir. 104 klavişli genişləndirilmiş klaviatura standart klaviatura kimi qəbul olunur.

Siçan (Mouse)

Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat

Siçan plastik qurğu olub, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Son illər ərzində mausun xarici və daxili quruluşu bir sıra dəyişikliklərə məruz qalmasına baxmayaraq, onun siçana bənzərliyi dəyişməmişdir. Mausun belə məşhur olmasına səbəb isə tətbiqi qrafiki proqramlar sisteminin həmçinin istifadəçinin qrafiki interfeysinin geniş yayılması olunmuşdur. Bu da əsasən Windows əməliyyat sisteminin geniş yayılmasına səbəb olmuşdur. Siçan qurğusuna pəncərə, menyu, düymələr, piktoqramlar və s. qrafiki obyektlərlə işlədikdə daha çox ehtiyac duyulur.

Yuxarıda göstərilənlər kompüter sisteminin əsas qurğularıdır. Bunlardan savayı kompüterin ətrafında skaner, rəqəmli kamera, coystik, xarici yadda saxlama qurğuları və başqa gərəkli komponentlər görmək olar. Kompüter çoxlu qurğulardan ibarət olsa da, həmin qurğuları iki qrupa bölmək olar: Baza qurğularPeriferiya qurğuları.

Beləliklə biz Kompüterin əsas avadanlıqları haqqında ümumi məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir