Ana səhifə / KTƏ / Mainfreymlər haqqında ümumi məlumat

Mainfreymlər haqqında ümumi məlumat

Paylaşmaq!

Mainfreymlər haqqında ümumi məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mainfreymlər haqqında ümumi məlumat

Mainfreymlər haqqında ümumi məlumat

Mainfreymlər nədir?

Mainfreymlər haqqında ümumi məlumat

Mainfreymlər çox böyük müəssisələrdə istifadə edilərək, elektron informasiyanın mərkəzləşmiş saxlanılmasını və paralel işlənilməsini təmin edən kompüterdir.

Mainfreymlərin istehsalına nə vaxtdan başlanılmışdır?

Mainfreymlər haqqında ümumi məlumat

Bu sinif kompüterlərin istehsalına 1964 cü ildə IBM/360 kompüterinin istehsalı ilə başlanmışdır və onların əsas istehsalçıları IBM, Amdahl, ICL, Siemens Nixdorf və digər firmalar hesab olunur. Mainfreymlərin IBM 370, IBM ES/9000, Cray 3, Cray 4, VAX-100, Hitachi, Fujitsu VP2000 modelləri geniş yayılmışdır.

Mainfreymlərdən harada istifadə olunur?

Mainfreymlər haqqında ümumi məlumat

Bu gün hərbi-sənaye və biznes məlumatlarının 70% mainfreymlərdə emal olunur. Təkcə dünyanın 25 000 təşkilatında İBM firmasının istehsal etdiyi mainfreymlərdən istifadə olunur.

Mainfreymləri digər kompüterlərdən fərqli edən cəhəti hansıdır?

Müasir mainfreymlər saniyədə on milyardlarla əməliyyat yerinə yetirən, paralel işləyən, 64 tərtibli, bir neçə mərkəziperferiya prosessorundan ibarət çoxprosessorlu sistemdir. Hesablama əməliyyatı mərkəzi prosessorlarda yerinə yetirilir. Perferiya prosessorları isə çoxsaylı perferiya qurğularını idarə edir. Mainfreymlər çox istifadəçi rejimində fəaliyyət göstərir. Belə ki, mainfreymin əsas blokuna terminallar qoşulur ki, onlar vasitəsilə qəbul edilmiş 1000-dən artıq istifadəçi məsələsini paralel olaraq eyni zamanda yerinə yetirmək mümkün olur. Mainfreymlər həddən artıq etibarlı kompüterlərdir. Onların dayanmadan işləmə müddəti 12-15 il hesab olunur.

Mainfreymləri bahalı edən səbəb nədir?

Mainfreymlərin istismar xərci və maya dəyəri fərdi kompüterlərə nisbətən dəfələrlə çoxdur. Onlara xidmət çox saylı ixtisaslı işçi heyət vardır. Məsələn, 4 nəfər sistem proqramlaşdırıcısı, 5 nəfər tətbiqi proqramlaşdırıcı, 6 nəfər mühəndis-texniklər  və 7 nəfər verilənləri hazırlayan operatorlardan ibarət kadr potensialı tələb edir. Buna görə də onların istismarı vaxtın optimal bölünməsi prinsipi əsasında həyata keçirilir.

Mainfreymlərin gün ərzində işi necə planlaşdırılır?

Bu cür kompüterlərdə çox zəhmət tələb edən və uzun sürən hesablamalar, yerinə yetirilən məsələlərin sayı minimum olduğu gecə saatlarına planlaşdırılır. Gündüz vaxtlarında isə mainfreym daha az zəhmət tələb edən çoxsaylı məsələləri çoxistifadəçi rejimində icra edir. Bu rejimdə eyni vaxtda bir neçə məsələ ilə və uyğun olaraq bir neçə istifadəçi işləyir. Kompüter bu məsələləri paralel olaraq yerinə yetirir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Dünyada çoxlu adda müxtəlif konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır.