Ana səhifə / KTƏ / Modem və onun növləri

Modem və onun növləri

Paylaşmaq!

Modem və onun növləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Modem və onun növləri

Modem nədir?

Modem və onun növləriModem — kompüter telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir.

 Fərdi komputerlər üçün ilk modem neçənçi ildə yaradılmışdır?

Modem və onun növləri

1979-cu ildə «Hayes Microcomputer Products» şirkəti tərəfindən fərdi komputerlər üçün ilk modem yaradılmışdır. «Micromodem II» adlı bu modem Apple II kompüterləri üçün nəzərdə tutulmuşdur. Onun qiyməti 380$ idi və o, 110/300 bit/s sürəti ilə işləyirdi.

Modemlərin hansı növlərini tanıyırsınız?

  1. Daxili modem
  2. Xarici modem
  3. Aparat modem
  4. Proqram modem

Daxili modem

Modem və onun növləriKompüterin ana platasına İSA ya PCİ slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Proqramı təminat olmadan yararsız bir hissədir.

Xarici modem

Modem və onun növləriKompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də qoşmaq tələb olunur.

Aparat modem

Modem və onun növləriBütün əməliyyatlar aparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.

Proqram modem

Modem və onun növləriBütün əməliyyatlar proqram təminatı vasitəsi ilə həyata keçirilir. Telefon xəttinin qoşulması üçün oyuq və cərəyanı şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.

Beləliklə biz Modem və onun növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir

Добавить комментарий