Printer və onun tətbiq sahələri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Printer və onun tətbiq sahələri
Printer nədir və neçənci ildə yaradılmışdır?
Printer kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı” üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur.
Printerlər əsasən hansı porta qoşulur?
Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir.
Matrisli printerlər
Zərbəli printerlər kateqoriyasından olan matrisli printerlər [matrix printer матричный принтер] demək olar ki, köhnəlib. Onların dəstəklədiyi şriftlərin sayı və qrafik imkanları çox məhduddur. Matrisli printerlərin sürəti bir saniyədəki simvolların sayı ilə [CPS-Characters Per Second] ölçülür. Nə qədər “köhnəlmiş“ hesab olunsalar da müəyyən işlər var ki, onlarda matrisli printerlərin, sadəcə əvəzi yoxdur. Belə işlər misal olaraq rulon kağızda geniş formatlı kağızda, yaxud kömür kağızla [carbon; копирка] çapı misal göstərmək olar.
Şırnaqlı printer
Şırnaqlı printer [ink-jet printer; стуруйный принтер] printerlərin ən populyar növüdür. Adətən, onlar rəngli olur və demək olar ki, istənilən kağızda yüksək keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Şırnaqlı printerlər çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir. Damcılar kağıza aramsız olaraq şırnaqla axır, buna görə də printerlər belə adlandırılıb. Şırnaqlı printerlərlə işləyərkən bir şeyi də unutmayın: mürəkkəb su ilə təmasda olanda yayılma xassəsinə malikdir. Buna görə də belə printerləri yalnız quru otaqlarda istifadə etmək olar.
Lazer printeri
Şırnaqlı printerlər nə qədər ürəyəyatımlı olsa da, iş üçün lazer printerləri [laser printer; лазерный принтер] daha əlverişlidir, çünki onlar daha sürətlidir və fasiləsiz daha artıq işləyə bilir. Ancaq lazer printerləri şırnaqlı printerlərə nisbətən bahadır. Lazer printerləri fotoüzçıxaran maşınlar kimi işləyir. Yeganə fərq ondadır ki, kompüterdə yaradılmış görüntü kağıza lazer şüası vasitəsilə vurulur.
3D printerləri
3D-printerləri obyektləri üçölçülü (digital) modellər əsasında yaratmaq imkanı verir. Tətbiqi sahələri: prototip mühəndis məhsullarının istehsalı, binaların və memarlıq strukturlarının maketlərinin hazırlanması, stomatologiya, ayaqqabı modelini, eksklüziv suvenirlərin və exponantların hazırlanması, hər-hansı bir dizayn art sahəsində modelin həcmli olaraq ortaya çıxması və s.dir.
Beləliklə biz Printer və onun tətbiq sahələri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır