Ana səhifə / KTƏ / Səs kartı (soundcard)

Səs kartı (soundcard)

Paylaşmaq!

Səs kartı (soundcard) bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Səs kartı (soundcard) nədir?

Səs kartı (soundcard)Səs məlumatlarını (musiqi, danışıq və s.)canlandırmaq üçün kompüterə səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.Səs kartı (soundcard)

Səs kartı (sound card) kompüterə necə qoşulur?

Səs kartı (sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya da elə həmin sistem lövhəsinin yuvasına (slotuna) taxılan genişləndirmə lövhəsi şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfıyyətli rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən qurğu kimi çıxış edir.Səs kartı (soundcard)Səs kartları “PCI” slotlara qoşula biləcəyi kimi “onboard” (anakart üzərində) da istifadə olunur. Onboard istifadə daha geniş yayılmışdır.Səs kartı (soundcard)

Səs kartı standart olaraq neçə portdan ibarət ola bilər ?

Səs kartı standart olaraq 3 portdan ibarətdir.

  1. Line ingiriş xətti
  2. Line outçıxış xətti
  3. Microphonemikrofon girişi.

Səs kartının 4-cü portu oyun həvəskarları üçün nəzərdə tutulub. Onboard səs kartlarında çox vaxt 4-cü port olmur.Səs kartı (soundcard)

Beləliklə biz Səs kartı (soundcard) mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Modem və onun növləri

Modem və onun növləri

Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir.

Добавить комментарий