Ana səhifə / KRİ modulu / Video yaddaş lövhələri

Video yaddaş lövhələri

Paylaşmaq!

Video yaddaş lövhələri bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Video yaddaş lövhələri nədir?

Video yaddaş lövhələri

Videoadapter (videokart) — bu monitora informasiyanın nəticəsinin çıxarılması üçün qurğudur . Başqa sözlə desək videokart – kompüterin yaddaşında olan təsviri monitor üçün videosiqnala çevirən qurğudur. İstənilən videokartda informasiya ilə işləmək üçün videoyaddaş var. Onun iş prinsipi prosessordan gələn informasiyanı yadda saxlamaq və sonra ekrana çıxarmaqdır. Həmçinin videoprosessor —bilavasitə hərəkət edən informasiyanı emal edir və nəticənin  ekrana ötürülməsi üçün  xüsusi mikrosxemdir. Müasir videokartlar sadəcə təsviri ekrana çıxarmaqla məhdudlaşmır, onlarda mərkəzi prosessoru əlavə tapşırıqlardan azad edən qoşulmuş mikroprosessor var ki, bu da əlavə emalı yerinə yetirir.

Video yaddaş lövhələri

Videoprosessor neçə rejimdə işləyir ?

İstənilən müasir videoprosessor iki rejimdə işləyir — 2D və 3D. İkiölçülü qrafika (2D) ilə biz hər gün işləyirik. Bu Windows əməliyyat sistemində adi qaydada aparılan istənilən işdir. Üçölçülü qrafika (3D) isə müasir tətbiqi proqramlarda və kompüter oyunlarında olur. Videokartların əksəriyyəti 2D-qrafikdə yüksək nəticələr göstərir.

Video yaddaş lövhələri

Videoadapterlərin birinci modellərində yaddaşın həcmi nə qədər olmuşdur?

Videokartların birinci modellərində yaddaşın həcmi 512 Kilobayt bərabər idi. Bu gün onun həcmləri artıq kompüterin əməli yaddaşının həcminə bərabər olub — 2 4 Gigabayt təşkil edir. Videoadapterin lokal yaddaşının əsas təyinatı — teksturların (naxışların) saxlanılmasıdır. Müasir videoadapter üçün yalnız müəyyən edilmiş yaddaşın həcmi məna kəsb etmir, həmçinin işin sürəti və tipi də əsas rol oynayır.

Videokart sistem lövhəsində hara qoşula bilər?

Videoadapter adətən genişlənmə platasıdır və sistem lövhəsində videoadapterlər üçün xüsusi yuvaya (ISA, VLB, PCI, AGP, PCI-Express) bərkidilir. Eləcəd ayrıca qoşulan videoadapterlər də mövcuddur.

Video yaddaş lövhələri

Beləliklə biz Video yaddaş lövhələri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий