Ana səhifə / KTƏ / Siçan (mouse) haqqında məlumat

Siçan (mouse) haqqında məlumat

Paylaşmaq!

Siçan (mouse) haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Siçan (mouse) haqqında məlumat

Siçan (mouse) haqqında məlumat

Siçan (mouse-manipulyator) nədir?

Siçan – hamar səth üzərində hərəkət etdirildikdə, kursorunda ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur.

Siçan (mouse) haqqında məlumat

Siçantrekbol vasitəsilə informasiya kompüterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

İlk manipulyator nə vaxt meydana gəlib?

1968-ci il dekabrın 9-da Duqlas Engelbartın hazırladığı manipulyator nümayiş etdirilib. Qurğunu Duqlasın komandasının üzvü Bill İnqliş yığmışdı.

Siçan (mouse) haqqında məlumat

Engelbartın nümayiş etdirdiyi kompüter “maus”u ağacdan hazırlanaraq yalnız bir düymədən ibarət olub. Qurğu mətn redaktəsi funksiyasına malik olan və hiperistinadlarla işləyə bilən “NLS” sistemində nümayiş etdirilmişdi.

Siçanı kompüterə qoşmaq üçün hansı üsullar var?

Siçanı kompüterə qoşmaq üçün 3 üsul mövcuddur:

  • Stolüstü IBM -lə uyğunlaşan bütün kompüterlər üçün ən geniş yayılmış üsul kompyuterin ardıcıl portu (RS 232 interfeysi) vasitəsi ilə siçanın kompüterə qoşulmasıdır.

Siçan (mouse) haqqında məlumat

  • 2-ci üsul şin interfeysli siçanların (bus mouse) qoşulması üçün xüsusi lövhə tələb edir.

Siçan (mouse) haqqında məlumat

  • 3-cü üsul isə PS/2 üslubunda olan siçanlardır.

Siçan (mouse) haqqında məlumat

Siçan (mouse) qurğusunda DB-9 tipli kontaktlar sistemi olur. Hər bir siçan üçün quraşdırma və test aparmaq üçün proqram təminatını təşkil edən xüsusi drayver olur. Bəzi siçanlar Paint Brush” tipli sadə şəkil çəkmək üçün proqramlara malik olurlar.

Siçan (mouse) haqqında məlumat

Siçanın belə məşhur olmasına səbəb isə tətbiqi qrafiki proqramlar sisteminin həmçinin istifadəçinin qrafiki interfeysinin geniş yayılması olunmuşdur. Bu da əsasən Windows əməliyyat sisteminin geniş yayılmasına səbəb olmuşdur. Siçan qurğusuna pəncərə, menyu, düymələr, piktoqramlar və s. qrafiki obyektlərlə işlədikdə daha çox ehtiyac duyulur. Belə obyektlərdə klaviatura nicbətən mausla işləmək daha əlverişli və səmərəli olur.

Mexaniki siçan qurğusunun iş prinsipi necədir?

İndi siçanın (mouse-un) iş prinsipi ilə tanış olaq. İlk vaxtlarda maus qurğusu 2 çarx üzərində hərəkət edirdi: Bu çarxlar dəyişən rezistorların oxları ilə əlaqədə olurdu. Mausun yerini dəyişdirdikdə dəyişən rezistorların müqavimətləri uyğun sürətdə dəyişir. Sonralar mausun konstruksiyasında bir sıra dəyişikliklər edilmişdir. Çarxlar (roliklər) mausun daxilinə keçirilmiş səthlə isə rezin polimer yastık (kürəcik) əlaqələnmişdir. Çarxlarda fırlanma oxları bir birinə perpendikulyar yerləşdirilmişdir. Kürəciyin sətrinə sıxılmış çarxlar vericinin oxu üzərində yerləşdirilir və bu verici vasitəsilə mausun yerdəyişməsinin istiqaməti və sürəti təyin olunur. Verici kim bir sıra hallarda cərəyan keçirməyə disklərdən istifadə edilir. Diskin üzərində montaj üsulu ilə kontaktlar yerləşdirilir. Bu cür siçan qurğusu tam <mexaniki> olur.

Optik-mexaniki siçan qurğusunun iş prinsipi necədir?

Lakin bildiyimiz kimi, mexanika tam davamlı olmadığı üçün son zamanlar siçan qurğusunda yerdəyişməsini kodlaşdırmaq üçün optik-mexaniki üsuldan istifadə edilməyə başlanılmışdır. Mexaniki şifratorları işıq diodu, fotodiod və ya fotorezistorlar, bəzi hallarda isə fototrazistorlar əvəz edir. Bu cür cütlük diskin müxtəlif hissələrində yerləşdirilir. Fotohəssas insanlar elementləri işıqlanma dərəcəsi siçanın yerdəyişməsi istiqamətini, bu elementlərdən çıxan impulsların tezliyi isə sürəti təyin edir.

Optik siçan qurğusunun iş prinsipi necədir?

Tam optik siçanlara da rast gəlinir. Mexanikioptik-mexaniki konstruksiyalarından fərqli olaraq optik mauslar yalnız xüsusi planşet üzərində hərəkət edə bilərlər. Belə planşetin səthi perpendikulyar xətlər şəklində xırdada torlardan təşkil edilir. Bir sıra istiqamətdə xətlər qara digər istiqamətdəki xətlər isə göy rəngdə olur. Maus planşetin səthi ilə hərəkət etdikdə onun altında yerləşən iki xüsusi diodu vasitəsilə planşetin səthi işıqlandırılır. Bu işıq diodlarından biri qırmızı işıq hasil edir və bu işıq planşetin göy rəngli xətləri ilə udulur ikinci işıq diodu isə infraqırmızı diapazonda işlədiyi üçün qara xətlər onu udur. Planşetdən əks olunan işıq fotodetektora düşür. Maus hərəkət edən zaman fotodetektora ardıcıl işıq impulsları düşür. Ümumi halda, belə tam optik maus çox baha başa gəlməsinə baxmayaraq, bir sıra üstün cəhətlərə malikdir. Birinci, burada hərəkət edən hissə olmadığı üçün belə konstruksiya uzun müddət iıləyə bilir, ikincisi, belə maus vasitəsilə kursoru ekranda idarə etmək daha asan olur.

Ardıcıl interfeysə malik olan «Microsoft” firmasının istehsal etdiyi siçanların prosessora öz hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə edirlər.

Mouse System” tipli siçanlar isə bu məqsəd üçün 5 baytlıq formatdan istifadə edirlər. Ona görə də belə siçanlar bir-birini əvəz edə bilmirlər.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.