Ana səhifə / KTƏ / APPLE platforması haqqında məlumat

APPLE platforması haqqında məlumat

Paylaşmaq!

APPLE platforması haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

APPLE platforması haqqında məlumat

APPLE platforması haqqında məlumat

Kompüter tarixi ilə məşğul olan mütəxəssislər fərdi kompüterlərin yaradılmasında birinciliyi məhz Apple kompaniyasına verirlər. Keçən əsrin 70-ci illərinin ortasından başlayaraq, bu firma fərdi kompüterlərin «Apple 1″-dən başlayaraq müasir «iMac» tipli bir neçə modellərini təklif etmişlər.

APPLE platforması haqqında məlumat

80-cı illərin axırlarında «Macintosh» seriyalı kompüterlər dünyada fərdi kompüterlər arasında ən məşhur kompüterlər olurlar və bu gün də Apple firmasının kompüterlərini «Maclar» adlandırırlar.

APPLE platforması haqqında məlumat

Apple firmasının istehsal etdiyi kompüterlərin hansı özəl cəhəti var?

İBM-dən fərqli olaraq, Apple firması bağlı arxitekluraya üstünlük vermişdir. Bu kompüterlərin kompleksləşdirici hissələri və proqramları yalnız müəllif hüququna malik kiçik miqdarda istehsalıçılar tərəfindən istehsal olunurdu. Bunun sayəsində bu kompüterlərin qiyməti «İBM- uyğunlaşan« kompüterlərə nəzərən bir qədər baha olmuşdur. Lakin digər tərəfdən çox davamlı və rahat olmuşdur.

APPLE platforması haqqında məlumat

Hansı yenilikləri Apple platforması ilk dəfə tətbiq etmişdir ?

Məhz Apple kompüterində, sonralar fərdi kompüterlərin ayrılmaz bir hissəsi olan bir sıra yeniliklər ilk dəfə olaraq meydana gəlmişdir: qrafiki interfeys və «maus», səs altsistemi və kompüter videosu.

APPLE platforması haqqında məlumat

Öz növbəsində Windowsun özünün interfeysi də Apple firmasının «Lisa» kompüteri üçün yaradılmış ilk əməliyyat sistemlərinin bir hissəsindən köçürülmüşdür.

APPLE platforması haqqında məlumat

Qrafıka ilə işləmək bu günkü gündə də Apple firmasnın əsas fəaliyyət sahələrindən biridir. Məhz bu səbəbdən “Macintosh” kompüterinin nəşriyyat işində, tam rəngli illustrasiyaların hazırlanması və dizayn olunmasında video və səslərin emalında tətbiqi əvəz olunmazdır. Amerikada kompüterin Apple modelindən evdə də istifadə olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir