Ana səhifə / KTƏ / IBM platforması haqqında məlumat

IBM platforması haqqında məlumat

Paylaşmaq!

IBM platforması haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

IBM platforması haqqında məlumat

IBM platforması haqqında məlumat

İBM platformasına məxsus kompüterləri digər firmalar istehsal edə bilərmi?

«İBM- uyğunlaşan« kompüterlərin platforması sadədir. Belə ki ev fərdi kompüterindən tutmuş mürəkkəb serverlerə qədər müxtəlif tip kompüterləri əhatə edir. Çox vaxt biz məhz «İBM- uyğunlaşan« kompüterlərlə işləyirik. Elə buna görə də bu dərsdə bu plalformalı kompüterlardən bəhs edəcəyik.

IBM platforması haqqında məlumat

Bir faktı nəzərinizə çatdırım ki, «İBM-lə uyğunlaşan« kompüterlərin hamısını İBM firması tərəfındən istehsal olunmur. Onları digər firmalar da istehsal edə bilərlər. Sadəcə olaraq İBM firması fərdi kompüter istehsal edən çoxlu sayda firmalardan ən böyüyüdür.

IBM platforması haqqında məlumat

Qərb dünyasında hansı platformadan istifadə olunur?

Bildiyimiz kimi fərdi kompüterlərin meydana gəldiyi vaxtdan indiki dövrə qədər onların bir çox növləri mövcud olmuşdur. Hal-hazırda fərdi və ev kompüterlərinin əksəriyyəti «İBM- uyğunlaşan« kompüterlərə aiddirlər. Artıq on illərdir ki, dünyada ilk kütləvi kompüter yaradan İBM firması bu sahədə öz hegemonluğunu itirmişdir. Son illər İBM firması öz üstünlüyünü DellCompaq kimi firmalara vermişdir.

IBM platforması haqqında məlumat

IBM platforması haqqında məlumat

İBM firmasının hökmranlıq etdiyi bu illərdə texnika həddindən çox irəli getmişdir. Hal-hazırda Qərb dünyasında «İBM- uyğunlaşan« kompüterlər yox, «Wintel” platformasından söhbət gedir.

IBM platforması haqqında məlumat

Bu platforma dedikdə Windows əməliyyat sisteminə əsaslanan «proqram təminatı» İntel firmasının prosessorlarına əsaslanan aparat təminatı başa düşülür.

İBM firmasının ən böyük xidməti nə olmuşdur?

İBM firmasının ən böyük xidməti komplektləşdirici kimi kompüterin əsas hissələri üçün vahid standartın işlənməsi və təsdiq edilməsindən ibarət olmuşdur. Bundan əvvəl, hər bir istehsalçı özünün unikal aparat təminatını yaratmağa çalışmış və bununla da öz kompüterinin yığılması və ona xidmət edilməsi sahəsində inhisarçı rolunu oynamışdı. Nəticədə kompüter bazarı bir-birilə uyuşmayan və hərəsi üçün öz proqram təminatını yaradılmasını tələb edən aparatlarla ifrat şəkildə dolmağa başlamışdı. Fərdi kompüterlər bazanın ayaq tutduğu dövrdə hər bir firmanın məhsulu firma tərəfindən qorunan sirlərə malik idi və kütləvi surətdə bir firmanın məhsulunun digər firma tərəfindən istehsal edilməsi qeyri-mümkün idi.

IBM platforması haqqında məlumat

İBM firmasının xidməti məhz ondan ibarət olmuşdu ki, o, pozula bilinməyən bu cür prinsiplərə son qoydu. İBM firmasının irəli sürdüyü ən böyük yenilik isə «açıq arxitektura prinsipinin ortaya atılması oldu. İBM firması özünün yeni kompüterini özü üçün hazırlanmış bir əşya kimi deyil, onun konstruksiyası barəsində bütün firmalara açıq mətbuatda informasiya verdi və bununla da digər firmaların «İBM- uyğunlaşan« kompüterlərinin istehsal olunması üçün şərait yaratdı.

İBM firmasının bazarda mövqeyinin itirilməsinə səbəb nə olmuşdur?

Nəticədə, əlbəttə ki, İBM firması tezliklə «birincilər sırasında« öz mövqeini itirdi, istehsalçılar İBM firmasının kompüterlərindən ucuz, çox vaxt isə lap ucuz olan kompüter-klonları istehsal etməyə başladılar. Lakin standart öz yerini tutdu və bu gün də biz “İBM- uyğunlaşan kompüterlərin adını çəkirik.

İBM platformasına məxsus kompüterlərin üstün cəhəti nədir?

Müasir “İBM- uyğunlaşan kompüterlər «özün quraşdır» uşaq konstruktoruna oxşayır. Kompüterin tərkibinə daxil olan hər bir qurğunu çox sərbəst olaraq həmin tipdən olan lakin daha təkmilləşdirilmiş digər bir qurğu ilə əvəz etmək mümkündür. Bunun sayəsində istənilən lap kiçik bir firmada müştərinin bütün tələblərinə uyğun olan kompüteri tez bir zamanda yığmaq mümkün olur.

IBM platforması haqqında məlumat

Həmçinin təkmilləşdirmə çox asan başa gəlir. Kompüterin elə bir hissəsi yoxdur ki, o, 4-5 firma tərəfindən istehsal olunmasın.

IBM platforması haqqında məlumat

Hətta kompüterin əsas hissəsi sayılan – prosessor hal-hazırda nəinki dünyada məhşur olan İntel firması tərəfindən həmçinin digər firmalar, məsələn, AMD firması tərəfindən də istehsal olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir