Ana səhifə / KTƏ / Trekbol haqqında məlumat

Trekbol haqqında məlumat

Paylaşmaq!

Trekbol haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Trekbol vasitəsi ilə informasiya kompüterə daxil edilir. Əlbəttə ki, bunlar klaviaturanı tam əvəz edə bilməzlər. İlk dəfə siçanı 1968-ci ildə Stenford Tədqiqat mərkəzində (ABŞ) Duqlas Engelbart təklif etmişdir. İlk trekbol  isə bir müddətdən sonra «Logitech» firması tərəfindən ixtira edilmişdir. Son illər ərzində siçanın xarici və daxili quruluşu bir sıra dəyişikliklərə məruz qalmasına baxmayaraq, onun siçana bənzərliyi dəyişməmişdir.

Trekbol haqqında məlumat

Trekbol haqqında məlumat

Trekbolun yaranmasına səbəb nə idi?

Bildiyimiz kimi siçan ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onun kompüterlə birləşən kabeli çox vaxt nəyə isə ilişir, bəzi hallarda isə stol üzərində boş yer tapmaq da mümkün olmur. Ona görə də siçanı «kəllə-mayallaq» çevirmək fikri meydana gəlir.
Trekbol haqqında məlumat
Bu halda siçan öz hərəkət etmir, biz yalnız baş barmağımız vasitəsilə kürəni hərəkət etdiririk. Bütün konstruksiya stasionar şəkildə qoyulur. Buna görə də az yer tələb olunur. Trekbolda da düymələr vardır və bunun proqram təminatı eyni ilə siçanda olduğu kimidir.
Trekbol haqqında məlumat

Trekboldan harada daha çox istifadə olunur?

Trekbollar əsasən «laptop» kompüterlərində daha çox istifadə olunur və siçanlara nisbətən daha baha olur. Bunlar əsasən tətbiqi bədii qrafiki işlərdə avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq tapmışlar.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir

Добавить комментарий