Ana səhifə / Ofis proqramları modulu / Ms Office proqramlar paketi

Ms Office proqramlar paketi

Paylaşmaq!

Ms Office proqramlar paketi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ms Office proqramlar paketiMs Office proqramlar paketi

  1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompüter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.

  Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.

  Bu proqramların bu günə kimi müxtəlif versiyaları vardır:

Microsoft Office  95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010, Microsoft Office 2013, Microsoft Office 2016, Microsoft Office 2019

Microsoft  WordMs Office proqramlar paketi

Güclü mətn prosessoru olub  bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur.

Microsoft  ExcelMs Office proqramlar paketi

Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır.

Microsoft PowerPointMs Office proqramlar paketi

Bu proqram vasitəsilə təqdimatlar yaradılır.

Microsoft OutlookMs Office proqramlar paketi

Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır.

Microsoft  PublisherMs Office proqramlar paketi

Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar  hazırlaya bilərsiniz.

Microsoft  AccessMs Office proqramlar paketi

Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram  verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur.

Microsoft InfoPathMs Office proqramlar paketi

Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır.

Microsoft OneNoteMs Office proqramlar paketi

Sürətli qeydlərin yaradılması və şəxsi informasiyanın təşkili üçün proqramdır.

Microsoft ProjectMs Office proqramlar paketi

Planların hazırlamasında layihə menecerinə kömək etmək üçün yaradılmışdır. Müxtəlif məsələlər üzrə resursların bölgüsü, irəliləmənin izlənilməsi və iş həcmlərinin analizi və s. əməliyyatlar üçün nəzərdə tutulmuşdur.

Microsoft VisioMs Office proqramlar paketi

Vektor qrafik redaktorudur, Windows üçün diaqramların və blok-sxemlərin hazırlanması üçün nəzərdə tutulmuşdur.

Beləliklə biz Ms Office proqramlar paketi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:  Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Qlobal kompüter şəbəkələri üçün TPP

Qlobal kompüter şəbəkələri üçün TPP

Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə aresuslarına, verilənlər bazasına müraciəti, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir.