Ana səhifə / Tətbiqi Proqramlar / Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi

Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi

Paylaşmaq!

Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi

Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi

Məhdud funksiyalı rejim nədir?

Bu onu göstərir ki, Word 2016 proqramında olan bir sıra yenilikləri cari anda aktiv Word 2003  faylı üzərinə tətbiq etmək mümkün deyil. Bunun üçün məhdud funksiyalı rejim aktivləşir.

Məhdud funksiyalı rejimin aradan qaldırılması üçün nə etmək lazımdır?

Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Açılan Сведения adlanan sətri seçirik. Bu adi qaydada özü işarələnir (seçilir). Bu bölümdə Режим ограниченной функциональности-Məhdud funksiyalı rejim sətrinin sol tərəfində yerləşən  Преобразовать düyməsi sıxılır.

Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi

Beləliklə bizim faylımız artıq Word 2016 proqramının versiyası üçün dəyişildi.

 Beləliklə bizim faylımız artıq Word 2016 proqramının versiyası üçün dəyişildi. Əslində dəyişilən sadəcə faylın daxilində olan bir sıra parametrlər olur. Başqa heç nə. Bundan sonra faylı bağlayıb Сохранить düyməsini sıxsaq.

Onda iş masamızda hansı mənzərənin olmasının şahidi olacağıq. Mən siçanın sağ düyəmsini iş masasının boş sahəsində sıxıb Обновить sətrini seçirəm. Əvvəlcə məlumat faylına diqqət edin. Avtomatik olaraq məlumat faylı Word 2016 proqramının sımgəsini daşıyır. Ola bilsin ki, əvvəlki versiyalı fayl sizin kompüterdən silinsin. Onun yerinə yeni versiyalı fayl yaransın.

Beləliklə biz Word 2016 məhdud funksiyalı rejimin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Изменить стили –Mətnin stilini(yazı formasını) dəyişir. Найти –Mətndə bizə lazım olan ad və ya hissəni axtarır.