Ana səhifə / KRİ modulu / Sistem blokun arxa hissəsi

Sistem blokun arxa hissəsi

Paylaşmaq!

Sistem blokun ön hissəsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sistem blokun arxa hissəsi

Sistem blokun arxa hissəsi

Məlumdur ki, sistem blokununun arxa hissəsində xarici qurğuları qoşmaq üçün təyin olunan, çoxlu sayda yuvalar və birləşdiricilər vardır. Lakin hər hansı bir qurğunu istənilən yuvaya qoşmaq praktiki olaraq, mümkün deyildir.Bildiyimiz kimi hər bir yuva unikal olur.

Qara rəngli 2 böyük birləşdirici (3 kontaktlı) şəbəkə naqilini və monitorun qida naqilini qoşmaq üçündür. Qida mənbəyini sistem blokuna siz onsuz da mütləq qoşmalısınız. Monitora gəldikdə isə, yaxşı olardı ki, onu birbaşa qida mənbəyinə qoşasınız.

Sistem blokun arxa hissəsi

Sistem blokun arxa hissəsi

Sistmem blokunun arxa hissəsində çoxlu sayda yuvalar var. Burada 2 və 6 kanallı bağlayıcı səs platasına aiddir.Sistem blokun arxa hissəsiBuraya mikrofonun, səs gücləndiricilərin, səsin xarici mənbəyi, məs., maqnitofonun ştekkeri qoşulur.Sistem blokun arxa hissəsi16 sancaqlı birləşdirici isə «oyun portu» və ya «Coystik portu»  adlanır və oraya oyun oynamaq üçün xüsusi oyun manipulyatoru Coystik qoşulur.

Sistem blokun arxa hissəsi Adətən səs platasının yanında və ya aşağısında VGA portu var ki, bu da «videoplatanın» birləşdiricisidir. Buraya monitorun naqili birləşdirilir.

Sistem blokun arxa hissəsi

Sistem blokun arxa hissəsi

Paralel port (LPT) nə üçün istifadə olur?

25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port vasitəsilə printer, skaner, həmçinin informasiyanı saxlayan və nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompüterə qoşula bilərlər.Sistem blokun arxa hissəsiSon zamanlara qədər onun sürəti 2 Mbit/s olmuşdur. Gövdənin arxasında bu yeganə birləşdiricidir, yaxın gələcəkdə isə onu yəqin ki, universal USB birləşdiricisi əvəz edəcəkdir.Sistem blokun arxa hissəsi

Ardıcıl portlar (COM) nə üçün istifadə olunur?

9 və 23 kontaktlı birləşdiricili ardıcıl portların (COM) sürəti bir qədər az olur (yalnız 112 Kbit/s). Ona görə də, buraya cəld işləməyi çox da tələb olunmayan – siçanmodem kimi qurğular qoşulurlar.Sistem blokun arxa hissəsi Əvvəllər belə portlar kompüterdə 4 ədəd idi, lakin sonralar onlardan birı-ikisi qalıb. Siçan üçün PS/2 birləşdiricisi yaradıldı,Sistem blokun arxa hissəsiCOM portu isə yavaş işləyən modem üçün saxlanıldı. İndiki dövrdə bu port sıradan çıxıb və o, USB portu ilə əvəz olunub.Sistem blokun arxa hissəsi

PS/2 portu nə üçün istifadə olunur?

Bu port siçan və klaviatura verilənlərin kiçik sürətlə ötürülmə funksiyalarına görə bir-birinə oxşar olduqları üçün, müxtəlif birləşdiricilərə qoşulurdular. Siçan – COM — birləşdiriciyə qoşulurdu, Klaviatura isə heç nəyə oxşamayan, yalnız onun üçün təyin olunmuş birləşdiriciyə malik idi.Sistem blokun arxa hissəsiSonralar isə 1998-ci ildə bu iki qurğu üçün PS/2 adlı xüsusi birləşdirici meydana gəlmişdi. Ona görə sistem blokunun arxasında PS/2 birləşdiricisinin aşağı hissəsində «Mouse» va «Keyboard» sözləri yazılmışdır. Və ya onların təsvirləri vurulmuşdur.Sistem blokun arxa hissəsi

USB portu neçənci ildə yaradılmışdır?

Bu port 2000-ci illərdə yaranmışdır. İnterfeys baxımından son dövrün ən mühüm hadisəsi sayıla bilər. Kompüterlərdə bu portların sayı 6-dan çox olur. Eyni zamanda müxtəlif portlardan istifadə etməyə lüzum qalmır. Artıq digər portlar tarixə qovuşur. Əgər köhnə portların hər birinə yalnız bir qurğu qoşmaq mümkün olurdusa, bir USB portuna 100-dən çox qurğu qoşmaq mümkündür. Bütün USB qurğular kompüterə «sıra» ilə qoşula bilirlər. Belə ki, tamamilə müxtəlif olan qurğularsiçan və klaviatura, monitor və printer, skanerrəqəmsal fotoaparat, kolonkalar modemlər sıraya düzülürlər. Belə ki, birinci qurğu kompüterin USB birləşdiricisinə qoşulur, ikinci qurğu isə birinci qurğunun USB birləşdiricisinə qoşulur və i.a. USB ilə işlədikdə yeganə qayda bundan ibarət olur ki, həmin sırada birinci yerdə ən məhsuldar işləyən qurğular — printer, skaner, kolonkalar, yaddaş yığıcıları olmalıdırlar. Axırıncı yerdə isə yavaş sürətlə işləyən klaviaturamodem olmalıdır.Sistem blokun arxa hissəsiUSB-nin daha bir vacib keyfiyyəti var. Belə ki, interfeys kompüterə əməliyyat sistemini təkrarən yükləmədən azad edir. Eləcə də istənilən qurğunu avtomatik qoşmağa imkan verir. USB-nin ilkin modifikasiyalarında verilənlərin ötürülmə sürəti 12 Mbit/s olmuşdur. Yeni yaradılan USB 3.0 şinində verilənlərin ötürülmə sürətini 5 Gbit/s-ya qədər artırmaq mümkün olmuşdur. Məhz belə bir interfeyslə bütün müasir «ana plataları» təmin olunmuşlar.

Şəbəkə kartı (Ethernet)

Sistem blokun arxa hissəsi

IEEE 1394 (FireWire) portu nə üçün istifadə olunur?

IEEE 1394 (FireWire). USB 2.0 və USB 3.0 ilə rəqabət aparan verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğuları kompüterə qoşmaq üçün təyin olunmuşdur.Sistem blokun arxa hissəsiHal-hazırda ondan rəqəmsal kameralara malik olan isfifadəçilər istifadə edirlər. 2006-cı ildən sonra buraxılan bütün platalarda bu interfeys olmalıdır.

Sistem blokun arxa hissəsinə qoşulan avadanlıqlar

Sistem blokun arxa hissəsi

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …