Ana səhifə / Elektron dərsliklər / Rəqib nəzəriyyələr haqqında

Rəqib nəzəriyyələr haqqında

Paylaşmaq!

Rəqib nəzəriyyələr haqqındaSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. 1940-cı illərin sonlarından etibarən universitetlərin və sənaye sahələrinin tədqiqat laboratoriyalarında alimlər son dərəcə cazibədar bir məqsədə can atırdılar.Lakin irəliləyiş çox ləng idi və elə bir əhəmiyyətli nəticələr alınmırdı. Bir şey gün kimi aydın olacağını idi: məsələnin həlli tapılardısa ,bu, bəşər tarixində ən mühüm hadisələrdən biri olacaqdı. Tədqiqatlərın son məqsədi insan düşüncəsindən fərqlənməyən kompüterlər yaratmaq idi. Belə maşınların yaradıldıqdan sonra nə kimi imkanları olacağı qabaqcadan söyləmək çətin olsa da, onların cəmiyyətin intellektual və texniki inkişafına böyük təsir göstərəcəyi şübhəsiz idi. O illərə kimi sənayenin inkişafı beynimizin gücündən daha çox,əzələlərimizin gücünü artırmışdı. Kompüterlərin böyük həcimdə informasiyalar yığması, saxlanması və onları işləmək bacarığı intellektual fəaliyyətimizdə bizim əlimizdən tuta bilərdi. Çünki onlar ekspertlərin təcrübələrini, dünya kitabxanalarında toplanmış elmi bilikləri və verilənlər banklarının məlumatlarını özlərində cəmləşdirəcəkdi. Tarixi təcrübəyə və elmi biliklərə yiyələnmiş maşınlar dövlət işlərinin aparılmasından tutmuş, mükəmməl iqtisadi nəzəriyyələrin işlənməsində də kara gələ bilərdilər. Aydın idi ki, maşın intellekti sadə monoton əməliyatları yerinə yetirən robotlardan fərqli olaraq, mürəkəb tapşırıqları yerinə yetirən robortların yaradılmasına imkan verəckdi.

Rəqib nəzəriyyələr haqqındaRəqib nəzəriyyələr haqqında

Üstəlik, onlar adi danışığa cavab verən və istifadəçinin arzularını yerinə yetirən kompüterlərin də yaradılmasını realaşdırdı. Süni intellekt (Sİ) yaratmaq sahəsində çalışan tədqiqatçılar addım –addım, səbrlə irəliləyirdilər. Bununla belə, onlar artıq başa düşmüşdülər ki, ənənəvi informatikadan kənara çıxan dolaşıq problemlərlə üzləşiblər. Məlum oldu ki, əvvəlcə tədris prosesinin mexanizmini, dilin təbiətini və hissiyatın qavranılma sirrini öyrənmək lazımdır. İnsan beyninə oxşar işləyən maşin yaratmaqçün beyində bir-birilə əlaqəli olan milyardlarla neyronların necə fəaliyət göstərdikləri müəyyənləşdirilməli idi. Tədqiqatçıların çoxu belə fikrə gəldi ki, öncə insan əqlinin fəaliyət prosesinin özünü öyrənməlidirlər. Əslində, alimlərin təfdqiqat obyektləri olan intelektin özünün nə olduğuna aid ümumi fikir yoxdur; Görməyənlərin hər birinin fil haqında öz təsəvvürü olur. Bəziləri hesab edirlər ki, intellekt mürkkəb məsələləri həll etmək bacarığıdır. Digərləri öyrənmək qabiliyyətini intellekt sayırlar və deyirlər ki, o, ümumiləşdirmək qabiliyyətinə malik olmalı, analogiyanı aşkar etməyi bacarmalıdır. Bir başqaları isə israr edirlər ki, intellekt ətraf mühitlə qarşılıqlı əlaqədə olmaq, qavramaq və qavranılanı dərk etmək bacarığıdır. Bütün bunlara baxmayaraq, tədqiqatçıların çoxu 1950-ci illərdə dahi ingilis riyaziyyatçısı, hesablama texnikası üzrə görkəmli mütəxəssis Alan Türinqin təklif etdiyi maşın intellekti testini qəbul etməyə meyllidir. Türinq deyirdi ki, kompüter bizi inanmağa məcbur etsə ki biz maşınla deyil, insanla iş görürük, onda onu şüurlu hesab etmək olar. Sözsüz ki, maşını bu səviyyəyə çatdırmaq çox çətindir. Lakin maneələr nə qədər böyük olsa da, əminik ki, bu sahədə tədqiqatlar heç zaman dayandırılmayacaq.
Düşünən, hərəkət edən, eşidən, danışa bilən və ümumiyyətlə, özünü canlı insan kimi aparan, insan kimi fikirləşən maşınların yaradılması və daim təkmilləşdirilməsi ideyası olduqca cəlbedicidir. Bu ideyanın çox qədim kökləri var. Hələ qədim misirlilər və romanlılar əl-qol hərəkətləri edən və kəlamlar deyən heykəllər qarşısında dəhşətə gəlirdilər (sözsüz ki, kahinlərsiz bu iş baş verə bilməzdi). Orta əsr səlnamələri danışa bilən və hərəkət edən avtomatlar haqqında rəvayətlərlə doludur. Orta əsrlərdə söz gəzirdi ki, müdriklərdən kimdəsə homunkullar (kiçik süni varlıqlar) vardır: Onlar hiss etmək qabiliyyətinə malik əsl canlı varlıqlardır. XVI əsr görkəmli İsveçrə həkimi və təbiətşünası Teofrast Bombast fon Qogengeym (daha çox Parasels adı ilə məşhurdur) homunkulun hazırlanması haqda qaydalar qoyub getmişdir. Həmin qaydalarda deyilirdi ki, əvvəlcə kip bağlanmış qabda insan sperması at peyninin içərisində basdırılmalıdır.
Parasels elan etmişdi ki,biz allahlar kimi olacağıq. Biz allahın ən böyük möcüzələrindən birini-insan yaratmaq möcüzəsini təkrar edəcəyik. XVIII əsrdə texnikanın inkişafı ilə əlaqədar, xüsusilə də saat mexanizmlərinin yaranması ilə bağlı belə ixtiralara maraq artdı. Bu, Paraselsin düşündüyü deyildi, «oyuncaq» nəticələr idi.
1973-cü ildə fransız ixtiraçısı Jak de Vokanson insan boyda olan mexaniki bir fleytaçalan hazırlayır. Bu «musiqiçi» də müştüyə füləyə bilirdi. Onun da fleytanın deşiklərini tutan barmaqları vardı və on iki melodiya ifa edirdi. 1750-ci illərin ortalarında I Fransiskin sarayında xidmət edən avstriyalı usta Fridrix fon Knaus əlində qələm tutan və kifayət qədər böyük mətnləri yaza bilən bir neçə maşın hazırlamışdır. İsveçrəli usta Pyer Jake-Droz uşaq boyda iki mexaniki kukla düzəltmişdir: biri məktub yazan oğlan, o biri isə klavesində çalan qız idi.
XIX əsrdə mexanikanın inkişafı daha böyük arzularçün şərait yaratdı. Belə ki, 1830-cü ildə ingilis riyaziyyatçısı Carlz Bebbic deyirdi ki, onun maşını prinsip etibarı ilə həm də şahmat gedişlərini hesablaya bilər. Sonralar 1914-cü ildə İspaniya texniki institutlarından birinin direktoru Leonardo Torres-i-Kevedo sadə şahmat endşpilini, demək olar ki, insan kimi oynaya bilən elektromexaniki qurğu yaradır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий