Ana səhifə / Elektron dərsliklər / Mark-1 hesablama maşını

Mark-1 hesablama maşını

Paylaşmaq!

Mark-1 hesablama maşınıSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əlbəttə, bura qədər haqqında danışdıqlarımız başlanğıc idi. Ancaq Rozenblata elə gəlirdi ki, insanın öyrənmək qabiliyyətinin əsas prinsipləri aşkar olunmuş və problemin tam həlli vaxtına az qalmışdır.

Mark-1 hesablama maşını

Mark-1 hesablama maşını

“Demək olmaz ki biz insan beyninin fəaliyyətini əslində olduğu kimi göstərə bildik, lakin hələlik perseptron həqiqətə daha yaxındır”,- bu, Rozenblatın sözləridir. O, eyni zamanda, deyirdi ki, daha böyük və mükəmməl perseptron qurulması vaxtı uzaq deyil və yaxın gələcəkdə belə perseptron yaradılacaq və o həm imla yaza biləcək, həm verilən mətnləri bir dildən başqa dilə çevirəcək və həm də hesablama xarakterli olmayan mürəkkəb məsələləri həll edəcək. Onun qənaətinə görə, öz varlığını dərk edən və konveyerdə özünü yaradan elektron beyin yaratmaq prinsipcə mümkün olacaq. Perseptronların inkişaf perspektivlərini izah edən “New Yorker” jurnalı bir neçə il öncə belə yazırdı: “Bizim öz beynimiz elektron beyinin fərz edilən imkanları qarşısında heyrətə gəlmişdir”.
Rozenblatın dediyindən 2 il sonra onun artıq iş qabiliyyətili ilk “Mark-1” maşını təntənəli şəkildə nümayiş etdirildi. Reportyorlardan birinin sözləri desək,çox nadir bir qurğu olan “Mark-1” kağız parçalarında yazılmış bəzi hərfləri tanımağı öyrənə bilərdi. Bununçün hərflərin yazıldığı həmin kağız parçalarını kinokameranı xatırladan “göz” ün qarşısına gətirmək lazım gəlirdi. Bu, qarşıya qoyulan məqsədlərdən hələ çox uzaq idi; bir dildən başqa dilə tərcüməyə də hələ çox qalırdı-özünü dərk etmək və ya özü kimisini yaratmaqdan isə heç danışmağa dəyməzdi.Lakin Rozenblat əvvəlki kimi yenə inanırdı ki, mühüm hadisələr, sözsüz, qarşıdadır. Rozenblatın perseptronu süni intellekt yaratmağın neyromodel metodunun ən yüksək nailiyyəti idi. 1960-cı ilin iyununda alim 400 fotoelementi –detektoru olan “Mark -1” perseptronunu nümayiş etdirdi. Hər detektor təsvirin müəyyən hissəsi barədə informasiya alırdı. Fotoelementlər 512 neyronaoxşar bölmələrə qoşulurdu. Qarşılıqlı əlaqələri aşkar edən bu elementlər hansı hərfin göstərilməsi haqda məlumat verirdi. Lakin perseptronun imkanları çox məhdud idi. Maşın nə qismən ortülmüş hərfi, nə də ölçüləri və şəkli dəyişmiş hərfi tanıya bilirdi. Peypert  “Perseptronlar” adlı bir kitab yazmış və riyazi olaraq sübut etmişlər ki, rozenblatsayağı perseptronlar prinsip etibarilə Rozenblatın özünün dediklərini yerinə yetirə bilməz; məsələn: kreslonun arxasındakı pişiyin quyruğunu görən bu cür maşın heç bir zaman gördüyünü başa düşə bilməz. Sonralar Minski peşman olduğunu bildirmiş və demişdi ki, gələcək tədqiqatçılara perseptrona oxşar maşınlar çox lazım olacaq.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий