Ana səhifə / Elektron dərsliklər / İstehsalın avtomatlaşdırılması

İstehsalın avtomatlaşdırılması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Böyük sürətə malik kompüterlərin tətbiqi layihələrin yerinə yetirilməsinin avtomatlaşdırılması sahəsində yeni perspektivlər açır ki, bu da məhsulun keyfiyytinin yüksəldilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan verir. Aerodinamika kompüterlərin tətbiqinin ilk sahələrindədəndir. Onlardan təyyarəqırmada təyyarənin aerodinamikasını yaxşılaşdırmaqçün, yəni onun həm qanadının, həm də füzelyajının modelinin hazırlanmasında istifadə edirlər.

İstehsalın avtomatlaşdırılmasıİstehsalın avtomatlaşdırılması

Bu gün kompüterlər aerodinamika üzrə mütəxəssislərə təyyarənin modelinin bütövlükdə və ön hissəsinin ayrı-ayrı hissələrinin məruz qaldığı müqaviməti hesablamağa imkan verir. Boinq şirkəti əməkdaşlarının dediyinə görə, təyyarənin aerodinamik xüsusiyyətlərinin kompüterdə hesablanması layihələndirmə prossesində, sözün həqiqi mənasında, əsl inqilabdır. Kompüterin özü isə təyyarə istehsalında aerodinamik boru qədər vacibdir. Qeyd etmək lazımdır ki, aerodinamik hesablamalar çox çətin hesablamalara aiddir. Dünyaşöhrətli Boinq təyyarələrinin modelinin hazırlanmasında çox güclü kompüterlər həlledici rol oynamışdır. Yanacaq sərfini azaltmaqçün konstuktorlar füzelyajı bir az uzatmaq qərarına gəldilər və mühırlikləri daha effektli parametirləri olan mühərrliklə əvəz etmək istədilər. Ancaq məlum oldu ki, yeni mühərriklərin diametri əvvəlki muhərriklərin diametrindən əhəmiyyətli dərəcədə böyükdür. Ona görə də bu fikirdən vaz keçməli oldular.Komüterdə aparılan təhlik göstərdi ki, mühərrik qanada yaxın qoyulduqda müqavimət artır.Ancaq aerodinamik borudakı siqnallardan fərqli olaraq, kompüter təhlili müqavimətin meydana gəlməsinin həqiqi mexanizmini aşkar etdi. Bu sirri 20 il ərzində açmaq mümkün olmamışdı. Mütəxəssislər kompüterin köməyi ilə ən müxtəlif konstruksiyaları qiymətləndirə bildilər ki, bu da aerodinamik borudan istifadə edərkən alınan nəticələrdən ən incə və çoxlu sayda əhəmiyyətli təfərrüatları ilə fərqlənirdi. Hal-Hazırda “Boinq” təyyarəsinin lahiyə mərhələsində olan ən yeni modeli təyyarə qayırma sənayesində yeni bir mərhələ olacaq. Yeni “Boinq” in mühərrikləri onun quyruq hissəsinə yaxın yerləsir ki,bunun da nəticəsində həm yanacağa əhəmiyyətli dərəcədə qənaət olunur, həm də sürət artır.Belə radikal konstruktor həlli çox güclü kompüter tətbiq etmədən mümkün olmazdı. Təyyarənin ayrı-ayrı hissələrinin struktur və elektromaqnit təhlili, idarəetmə sisteminin layihəsinin hazırlanması zamanı da zəngin informasiya ilə yüklənmiş kompüterlərsiz keçinmək olmur. Hal-hazırda,demək olar ki, dünyanın bütün aparıcı avtomobil şirkətlərində yeni layihələrin hazırlanmasında da müasir kompüterlərdən geniş istifadə olunur; məsələn: məşhur “Ford” avtomobil şirkətində “Taurus” modelinin layihəsinin hazırlanması kompüterlərə etibar edilmişdi. Nəticə göz qabağındadır; yeni model benzini xeyli qənaətlə işlədir. Üstəlik də çoxlu sayda sınaq nümunələrinin hazırlanmasına ehtiyac olmadığına görə milyonlarla dollara qənaət edilmişdir. Şirkətlər qəza zamanı sərnişinlərin təhlükəsizliyini maksimum təmin etməkçün kompüter ekranında toqquşmaların müxtəlif variantlarını nəzərdən keçirib təhlil edir, müvafiq tədbirlər görür ki, bu da külli miqdarda vəsaitə qənaət etməyə imkan verir. Əks halda isə bahalı sınaq nümunələrini dağıtmaq lazım gələrdi. Neft-Kimya sahəsi sənayedə güclü kompüterlərin istifadəsinin ən parlaq nümunəsidir. Neftin axtarışı və istismarı ilə məşğul olan şirkətlər 1970-ci illərin axırlarından etibarən onlardan geniş istifadə edirdi. Seysmik verilənləri kompüterə daxil etməklə neft laylarının geoloji xüsusiyyətlərini aşkar etmək olar. Bu, adi üsullardan fərqli olaraq,quyuların qazılmalı olduğu yeri daha dəqiq müəyyən etməyə imkan verir. Quyunun qazılma xərcləri çox yüksək olduğundan (quruda qazilan bir quyuya 15 mln.dollar, dənizdə isə daha çox xərclənir) alınan gəlirlə müqayisədə hesablamaya sərf olunan vəsait cüzi bir şeydir. Bundan başqa, güclü kompüterlərdən neft quyularının istismarı zamanı da istifadə edirlər. Bu tip kompüterlər mürəkkəb riyazi modelləri tətbiq etməklə məmulatın konstruksiyasını yaxşılaşdırmağa və əmək məhsuldarlığının artmasına səbəb olur. Onlar həm molekulyar strukturların və radiolokatorların yerləşdirilməsi sxemi,modelinin yaradılması, həm də film istehsalında istifadə edilə bilər. Güclü kompüterlər təyyarələrin hazırlanmasında və uçuş trenajorlarında istifadə olunur.İri maliyyə şirkətləri tərəfindən qiymətli kağızların yerləşdirilməsində kompüterlərin xidmətindən istifadə edilir. Körpülərin, nüvə reaktorlarının, ”göydələn” lərin və iri tamaşa zallarının inşası zamanı güclü kompüterlər inşaatçılara böyük xidmət göstərir. Belə ki gələcək qurğuların modelini yaradıb, bu modellərin timsalında zəlzələ nəticəsində onlarda baş verə biləcək deformasiyaları qabaqcadan hesablayırlar. Sinoptiklər də havanı proqnozlaşdırmada bu gün bu müasir hesablama edirlər. Qasırğanın yayılmasının üç ölçülü mənzərəsinin alınmasında güclü kompüterlərin rolu böyükdür,yəni onların köməyi ilə meteoroloqlar qasırğanın hərəkət istiqamətini daha dəqiq müəyyən edə bilirlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий