Ana səhifə / KTƏ / Müasir FK-in yaranma tarixi

Müasir FK-in yaranma tarixi

Paylaşmaq!

Müasir FK-in yaranma tarixi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Müasir FK-in yaranma tarixi

Müasir FK-in yaranma tarixi

Müasir fərdi kompüter nədir?

Müasir fərdi kompüter elektron mikrosxemlər üzərində qurulmuş, ixtiyari növ informasiyanın axtarışı, qəbulu, saxlanması, emalı, əks etdirilməsi və ötürülməsi üçün yaradılmış sistemdir, informatikanın əsas alətidir.

Fərdi kompüterlərin yaranma tarixi hansı dövrdən başlayır?

Fərdi kompüterlərin yaranma tarixi 1974-76-ci illər hesab olunur.

Müasir FK-in yaranma tarixi
Sağda: Stiv Voznyak (Stephen Wozniak). Solda: Stiv Cobs (Steve Jobs).

Müasir FK-in yaranma tarixi

Apple 1 — 4kb əməli yaddaş, 1Mhz prosessorMOS 6502, ağac korpus, klaviatura. Apple 1 işlək vəziyyətdə satılan ilk fərdi kompüter idi.

Müasir FK-in yaranma tarixi

1977-ci ilin aprelin 17-də dostlar (Stiv Voznyak Stiv Cobs) ilk amerikan kompüter yarmarkasında yeni model -«Apple 2»-ni təqdim etdilər.

Müasir FK-in yaranma tarixi

Müasir FK-in yaranma tarixi

Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən İBM firması tərəfindən başlanmışdır. XX əsrin 70-ci illərindən FKlərin yayılması kiçik, orıa və böyük kompüterlərə olan tələbatı azaltdı. Bu da bilavasitə belə kompüterlərin əksəriyyətinin istehsalı ilə məşğul olan IBM firmasının əməkdaşlarını çox narahat etməyə başladı. Ona görə də, bu firmanın əməkdaşları 1978-ci ilin əvvəllində FK-lər üzərində müəyyən işlər aparmağa məcbur oldular. IBM firması ilk FK-nı 1981-ci ildə yaratdı (IBM PC) və ondan sonra bütün dünyada onlardan geniş istİfadə edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompüterlərin 80 faizə qədəri IBM platforması ilə istehsal edilən kompüterlərdir.

Müasir FK-in yaranma tarixi

Bu firmanın ikinci fərdi kompüteri IBM PC/XT olmuşdur. XT —eXtended Technology— genişləndirilmiş texnologiya deməkdir. Bu kompüter 10 Mbaytlıq sərt diskə malik olmuşdu. Sonra isə IBM PC/AT tipli kompüter istehsal edilmişdi.

Müasir FK-in yaranma tarixi

Bu daha yaxşı xarici görünüşə, böyük tutumlu diskə malik olmuş və onun cəld işləmə xarakteristikası daha yaxşı olmuşdu. AT-nin mənası — Advanced Technology — təkmilləşdirilmiş texnologiya deməkdir. Bundan sonra 1987-ci ildə FK-lərin PS/2 (Personal System – 2-ci nəsli) tipli növbəti nəsilləri meydana gəlir. Bütün bu kompüterlərdə «Intel» firmasının  prosessorlarından istifadə edilmişdi . Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBMApple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə bir-birlərindən fərqlənir.

IBM firmasının istehsal etdiyi fərdi kompüterlərdən ən çox Afrika və Asiya qitəsinin ölkələrində istifadə olunur. IBM PC tipli fərdi kompüterlərdə Microsoft firmasının istehsalı olan MS – DOS, Windows xx və s. əməliyyat sistemlərindən istifadə olunur. IBM firmasının kompüterləri «Pentium» adı ilə satışa çıxarılır.

Apple firmasının istehsal etdiyi fərdi kompüterlərdən əsasən ABŞ-ın daxili bazarında geniş istifadə olunur. Apple firmasının kompüterlərində Mac X.0., Mac OSx Server əməliyyat sistemlərindən istifadə olunur. Apple firmasının kompüterləri «Macintosh» adı ilə satışa çıxarılır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir