Ana səhifə / Elektron dərsliklər / Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi haqqında məlumat

Paylaşmaq!

Sistem lövhəsi haqqında məlumatSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Sistem lövhəsi (system board; системная плата)— kompüterin başlıca  komponentidir.

Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi haqqında məlumat

Çox zaman ona qeyri-rəsmi olaraq ana lövhə (motherboard; материнская плата) də deyilir. Kompüter sistemini böyük bir şəhərə bənzətsək, sistem lövhəsi həmin şəhərin mərkəzi meydanı olacaq. İstənilən  şəhərdə əsas hadisələr mərkəzi meydanda baş verdiyi kimi, kompüterdə  əsas hadisələrin baş verdiyi yer sistem lövhəsidir. Bu onunla bağlıdır ki, sistem lövhəsi kompüterin başlıca mikrosxemi olan mikroprosessorun (yaxud, sadəcə, prosessorun) işləməsini təmin edir. Sistem lövhəsində çox çeşidli  qurğular yerləşib. Bunlar qida blokunun bağlayıcıları, genişləndirmə slotları (yuvaları), operativ yaddaş, xarici diskləri qoşmaq üçün bağlayıcılar, BIOS və ya ROM mikrosxemləri və b. komponentlərdir.
Hər böyük şəhərdə dəmir yol stansiyaları və aeroportlar olduğu kimi, sistem lövhəsində daimi informasiya alınmasını və göndərilməsini təmin edən vasitələr var. Yaddasaxlama qurğuları birbaşa sistem lövhəsinə qoşulub, bundan başqa, yeni xarici qurğuları qoşmaq üçün orada əlavə bağlayıcılar var. Sistem blokunun arxa panelindəki bütün portlar da sistem lövhəsinə gedir. Çox zaman sistem lövhəsinin müvafiq slotlarına əlavə genişləndirmə lövhələri taxılır. Genişləndirmə lövhələrinə bəzən qız lövhələr [daughter card ; дочерная плата] də deyilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий