Ana səhifə / Elektron dərsliklər / Qida Bloku haqqında məlumat

Qida Bloku haqqında məlumat

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı qida bloku [ power unit; блок питания ] yerləşir. Bu blokun bir sıra vəzifələri var:   

    Qida Bloku haqqında məlumat

Qida Bloku haqqında məlumat

  • Divardakı rozetdən gərginliyi qəbul edərək, dəyişən cərəyan sabit cərəyana çevirir;
  • Gərginliyi sistem lövhəsinə və onun elementlərinə verir;
  • Xarici yaddasaxlama qurğularına gərginlik verir;
  • Ventilyator vasitəsilə sistem blokunun içərisini soyudur;
  • Özünün yandırıb-söndürmə düyməsi olur və ya bir birbaşa ona qoşulur;
 
Qida Bloku haqqında məlumatQida blokunun əsas texniki xarakteristikası vatt-la istifadə olunan gücüdür. Sistem blokunun içərisini nə qədər çox ‘‘doldursan’’ (yaddasaxlama qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.ilə ) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150-200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir
Kompüter işləyərkən əsasən hay-küy mənbəyi məhz qida blokudur, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış ventilyatordur.
Qida blokunun sıradan çıxmasının qarşısını almaq yollarından biri kəsilməz qida mənbəyindən [UPS – Uninterruptable Power Supply] istifadə etməkdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий